vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
13:02 | 17 yanvar 2014 | Cümə Məqaləyə 2582 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç nədən narahat deyiləm»

«Milli Şura hansısa partiyanın meydanı deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bilirsiniz ki, sessiyanı tez tərk etdim. Ona görə də baş verənlərin birbaşa şahidi olmadım. Baş verənlərə normal yanaşıram, demokratik çəkişmələrdir. Milli Şurada hər kəs öz sözünü deyə bilməlidir. Təbii ki, mən cəbhəçi kimi danışa bilmərəm, o cümlədən də müsavatçı kimi». Bunu Modern.az-a Milli Şuranın üzvü, yazıçı-publisist Mehriban Vəzir adının qurumun Koordinasiya Şurasına salınmasında yaranan narazılıqdan danışarkən deyib. O, baş verənlərin müstəqil mövqeyinə təsir etməyəcəyini deyib: «Müstəqil mövqeyim var. Ola bilər, bu, partiya üzvlərinin düşüncələrinə uyğun olmasın. Hesab edirəm ki, normal proseslərdir. Səs verən də,verməyən də sağ olsun».

M.Vəzir qeyd edib ki, Milli Şura hansısa partiyanın meydanı deyil: «Hansısa partiyanın meydanında, iclasında hər hansı bir söz desəm, bu, mənimçün çətinlik törədərdi. Amma Milli Şura demokratik qüvvələrin meydanıdır. Orada fikirləri bir-birilə yüz faiz üst-üstə düşən iki adam tapa bilməzsiniz. Ona görə də heç nədən narahat deyiləm».
Qeyd edək ki, Milli Şuranın Koordinasiya Şurasına keçirilən səsvermədə Mehriban Vəzir səs qazana bilməyib. VAMP sədri Hacıbaba Əzimov buna  etiraz edib. O deyib ki, M.Vəzir mübariz qadındır, adı siyahıda olmalıdır: «Doğru səsvermə keçirilmədi. Nə var ki, Mehriban xanım bir dəfə nəsə deyib. O, hər zaman sözünü doğru deyən insandır. Elə etməyin ki, mən də gedim».
H.Əzimovun etirazından sonra yenidən səsvermə keçirilib və M.Vəzirin adı siyahıya salınıb.
Onu da bildirək ki, M.Vəzirin əleyhinə çıxanlar onu Müsavat Partiyasının mövqeyini dəstəkləməkdə ittiham ediblər.