«Belə yanaşmaq olmaz!...»
Abdulatipov Abbas Abbasovun oğlunun tikinti apardığı Dərbəndin rəzmi sayılan Nizami parkından narazı qaldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qurbanov həbsdən buraxıldı
Azadlığa çıxmasında Bakının həlledici rolu olan məşhur nəslin nümayəndəsi hakimiyyətə qayıdacaqmı?...
-
«Humanitar və iqtisadi əməkdaşlığı aktivləşdirəcək»
Putinin xüsusi nümayəndəsi Xəzərin hüquqi statusu haqda
-
Ata-bala Abbasovlar Putinin adamına sığındı
Rusiya prezidentinin Xəzər regionundakı yeni nümayəndəsi ilə fotolarını yaymaq nəyə işarədir?
-
Putinin xüsusi Xəzər nümayəndəsi: məqsəd nədir?
«Abdultipov yeni vəzifədə bir neçə problemlə qarşılaşacaq»
-
Abdulatipov nümunəsi
Məmurlarımız niyə özlərinə zülm edirlər...
-
«İşsiz qalmayacağam»
Ramazan Abdulatipov istefadan sonra...
-
Bir əsrdən sonra ilk rus qubernator
Çar generalı baron Vrangeldən 100 il sonra Dağıstana Putinin generalı Vasilyev rəhbərlik edəcək
-
Kreml çoxmillətli Dağıstana lideri hansı millətdən təyin edəcək?
Maqomedsalam Maqomedov və İliyas Umaxanov da mümkün namizədlərdən sayılırlar
-
Klanlar panikada
Putin Dağıstan rəhbəri postuna təyinatı ləngidir
-
Putinin planı nədir?!...
Dağıstanda hakimiyyət başına niyə general Məlikov gətirilir?
-
Abbasovun əsas «krışa»sı «uçdu»
Abdulatipovdan sonra baş nazirin sabiq müavininin də qonşu respublikadakı biznesi sıxışdırılacaq...
-
Kremlın gisli Şimalı Qafqaz planları
General Məlikov Dağıstanda hakimiyyət başına gətirilir
-
«İstefa ərizəm hazırdır»
Ramazan Abdulatipov Dağıstanın rəhbəri vəzifəsindən gedir
-
Qıpçaq türklərinin məskəni…
«Məşhur qaçaqlar hökumətdən qaçanda bizim yerlərə sığınarmış»
-
Qalmaqallı Mahaçqala limanı
Telman İsmayılov və digərləri İrana uduzur
-
Abbasovu bitirən dosye
MİT-in nəzarətindəkilər «Mardan Palace»də və «Hilton»da nələri müzakirə ediblər?
Ötən bazar günü iyulun 23-də Dağıstan rəhbəri Ramazan Abdulatipov Dərbənd şəhərində dahi şair Nizaminin adını daşıyan və hazırda xarabalığa çevrilən parkda olub. virtualaz.org RİA «Derbent» agentliyinə istinadən xəbər verir ki, Abdulatipov parka baxış keçirəndən sonra onun qısa müddətdə bərpa edilməsinə dair göstəriş verib.
Dağıstan rəhbəri bildirib ki, parkın bərpası layihəsinə lazım olan maliyyə təmin olunacaq. «Öz tarixinə belə biganə yanaşmaq olmaz! Axı bu, şəhərin simvollarından biridir. Məhz burada, Dərbəndin bu yaşıl zonalarından birində bir vaxtlar bütün şəhər sakinləri dincəlirdi. Parkın həmin görkəmini bərpa etmək, əhəmiyyətini özünə qaytarmaq və onu yenidən qurmaq lazımdır», - Abdulatipov bildirib.
Nizami parkının baxımsızlıqdan xarabalığa çevrildiyi barədə dəfələrlə yazılıb. Baxmayaraq ki, parkın ərazisində aşkar olunan qədim qəbiristanlığa görə Dağıstan hökuməti ərazini tarixi qoruq kimi tanıyıb. Park xarabalığa çevrildiyindən Nizaminin heykəli də oradan götürülüb. Hazırda parkın ərazisində «Derbent Plaza» adlı çoxfunksiyalı kompleks inşa edilir. Baxmayaraq ki, Dağıstan hökuməti parkın ərazisində tikinti aparılmasına qadağa qoyub. Dağıstan mənbələrinin məlumatına görə həmin kompleksi tikən investorlar arasında Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun oğlu da var. Hansı ki, Abbas Abbasov Dağıstan rəhbəri ilə yaxın dostdur.