vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
OLAY  
10:36 | 5 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3308 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qurbanov həbsdən buraxıldı

Azadlığa çıxmasında Bakının həlledici rolu olan məşhur nəslin nümayəndəsi hakimiyyətə qayıdacaqmı?...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağıstanın Dərbənd rayonunun keçmiş başçısı, on illər boyu bu respublikanın cənubuna faktiki nəzarət etmiş qüdrətli qurbanovlar klanının nümayəndəsi Qurban Qurbanovun barəsində həbs qərarı dəyişdirilib və o, girov əvəzində azadlığa buraxılıb. Virtualaz.org Dağıstan mənbələrinə istinadən xəbər verir ki, bu haqda hələ rəsmi strukturlar məlumat yaymayıb. Amma dağıstanlı jurnalist Milrad Fətullayev iddia edir ki, Qurbanov hələ yarım ay əvvəl buraxılıb. Onun azadlığa buraxılmasında Bakının həlledici rolu olub.

Qurban Qurbanov Ramazan Abdulatipovun Dağıstan rəhbəri təyin edilməsindən sonra 2014-cü ildə vəzifəsindən uzaqlaşdırılmışdı və həbs edilmişdi. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə, dövlət mülkiyyətində olan 56 hektar torpağı qanunsuz olaraq ayrı-ayrı şəxslərə verməkdə ittiham olunurdu. Qurban Qurbanov Dərbənd rayonuna 1998-ci ildən rəhbərlik edirdi. 1962-ci ildən həmin vaxta qədər isə rayona onun atası Səid Qurbanov rəhbərlik edib.

Belə görünür ki, Ramazan Abdulatipovun Dağıstan rəhbərliyindən kənarlaşdırılmasından sonra Qurbanovun azadlığa çıxması mümkün olub. Lakin onun yenidən hakimiyyətə qayıdacağı ağlabatan görünmür. Eləcə də Qurbanovun oğlanlarının vəzifə tutması ehtimalı azdır. Bununla belə gözlənilir ki, Qurbanovun azadlığa çıxması Dağıstanın cənubunda onların klanının yenidən güclənməsinə gətirib çıxaracaq. Qurbanov azadlığa çıxandan sonra ailə bizneslərini yenidən dirçəldəcək, eləcə də gözlənilir ki, azərbaycanlılar yaşayan Dərbənd rayonuna qurbanovları da qane edən kompromis fiqur rəhbər təyin ediləcək.