vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
14:32 | 12 avqust 2017 | Şənbə Məqaləyə 3684 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sınıq Körpü»də sıxlıq

DGK Azərbaycan-Gürcüstan sərhədindəki keçid məntəqəsi ilə bağlı açıqlama yaydı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün, avqustun 12-si səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində sıxlıq yaranıb. Bu barədə «Sınıq Körpü» keçid məntəqəsindəki Azərbaycan vətəndaşları məlumat veriblər.

Şikayətçilərin bildirməsinə görə, istirahət günləri Gürcüstana gedənlərin sayı çoxalıb. Onların deməsinə görə, sərhəddə əsassız süründürməçilik belə uzun növbələrə səbəb olub.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) mətbut xidməti də məlumat yayıb. Məlumatda artıq, sıxlıqın tam aradan qaldırıldığı bildirilir.

«Bu gün (avqustun 12-si) səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub. Səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən «Sınıq Körpü» gömrük postunda nisbi sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsinin aidiyyati qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb».

Məlumatda vurğulanır ki, hazırda Gürcüstanla sərhəddə yerləşən «Sınıq Körpü» sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir.