Kərə yağı ən azı 2 manat ucuzlaşacaq
Gömrük rüsumları 15 faizdən 5-ə endirildi
Gülşən RAUFQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
-
Onları Tanrının ümidinə buraxaq?
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir
-
“Yoxlamalara ehtiyac qalmayacaq”
“ƏDV-nin qaytarılması yeni nəsil kassalar quraşdırılan yerdə mümkün olacaq”
-
Sadələşdirilmiş vergi niyə sıradan çıxarılır?
Topdansatış ticarətin siyahıdan çıxarılması müsbət qiymətləndirilməlidir
-
Ali Məhkəmə qanunsuzluğa qarşı
Apellyasiya məhkəməsinin əsassız qərarı bir daha ləğv edildi
-
Yeni məcəllədə yeniliklər ...
Səyyar vergi yoxlaması ilə bağlı nələr dəyişəcək?
-
DSMF ödənişlərində fərq olacaq
Yeni “Vergi Məcəlləsi”nə sözardı
-
Vergilər Nazirliyindən 14 nəfər qovuldu
Sahibkarlara divan tutan vergi məmuru da...
-
Kərə yağı niyə bahalaşır?
İdxal rüsumunun aşağı salınmasında udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub
-
“Nə vaxtsa qarşılaşacağıq”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
-
Nazir yeni departament yaratdı
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
-
Nağdlaşdırma vergisi qanunsuzdur
Məhkəmə ölkə tarixində misilsiz addım atdı
-
Vergi nazirinin hədəfləri
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
-
Eks nazirin yeznəsinin Türkiyədə biznesi ortaya çıxdı
Fazil Məmmədov və komandasının ölkə xaricindəki böyük əmlakları siyahıya alınır
Nazirlər Kabineti «Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. İndiyədək bu dərəcə 15 faiz idi. Qeyd edək ki, bu qərar 30 gün sonra tətbiq edilməklə 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.
İqtisadçı Vüqar Bayramov deyib ki, kərə yağının qiyməti yüksələn zaman ilkin olaraq rüsumların aşağı salınması yolu ilə xərcin azaldılmasına nail olmağı təklif etmişdi: «Paralel olaraq yeri istehsalı azaltmaqla idxaldan asılılığı aradan qaldırmaq və nəticədə dünya bazarındakı qiymətlərin daxili istehlak bazarına minimumlaşdırmaq vacibdir. Rüsumun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına, daxili bazarda qiymətlərə təsir göstərə bilər. Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq».
Ekspert deyib ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11.8 min dollar fərq yaradacaq:
«Kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq, bu halda Yeni Zelandiyadan idxal edilən növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxara bilər. Dəyişikliyin gələn aydan qüvvəyə minəcəyi səbəbindən, onun istehlak bazarına təsirləri ən tezi növbəti ilin əvvəlində müşahidə ediləcək».