Borbalan Türkiyəni yandırdı
Ukraynalıların hər iki qolunda gözlə görünən hakim faciəsi var idi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Mundialda niyə yoxuq?
Çünki AFFA-nın idarəetmə üsulu kin üzərində qurulub
-
İngiltərə və Belçikaya niyə qrup liderliyi sərf etmir?
Ekspertlər və mətbuat bir səslə komandalarını ikinci yeri tutmağa çağırır
-
“G” qrupunda qol yağışı
Panama millisi dünya çempionatının qrup mərhələsi tarixində ilk qolunu vurdu
-
“Cavabı tapan Cabirdir”
Mətbuat katibi Dünya Çempionatı ilə bağlı müsabiqədə qalib oldu
-
DÇ-2018-dəki azərbaycanlı - Kərim Ənsarifərd
İran millisindəki tanımadığımız soydaşımız kimdir?
-
Mundial darmadığnla başladı
DÇ-2018-in ilk oyununda Rusiya Səudiyyə Ərəbistanının qapısından 5 cavabsız qol keçirdi
-
Rusiyada “Şaşlık” yasağı
Dünya çempionatının keçiriləcəyi şəhərlərdə kabab bişirməyə qadağa qoyuldu
-
DÇ-2018-in püşkü atıldı
Başlanmasına 200 gün qalan mundialın təqvimi də məlum oldu
-
O səbətdə olmamaq qüssəsi
Moskvada DÇ-nın püşkatma həyəcanı başlayır
-
Britaniyalılara az içmək tövsiyə olunur
Ruslar İngiltərə azarkeşlərinə hər oyundan əvvəl yalnız bir parç pivə verilməsini istəyirlər
-
Ağalarov ultimatum verib?
«İndiki məzənnəsi ilə bu işləri başa çatdırmaq mümkün deyil»
-
«Telefonda pul söhbəti etməzlər»
Prosineçki bu gün millimizdən ayrılır...
-
... Rəşad Sadıqov AFFA prezidenti olsun
Milliyə keçməkdənsə...
-
Prosineçkinin növbəti oyunu
Xorvat məşqçi yenə köhnə üsullarla qiymət qaldırır
-
«Arxası gəlmədi»
Təmkin Xəlilzadə: «Almanlar bizə irad bildirdilər ki, ...»
-
Yenə də beşinci
5-ci pillə Azərbaycan millisi üçün doğmalaşıb
Futbol üzrə Türkiyə milli komandası DÇ-2018 seçmə mərhələsi çərçivəsindəki 7-ci oyununda səfərdə Ukrayna yığması ilə qarşılaşdı. Türk futbolçuları zəif mübarizə aparsalar da ukraynalılar hər iki qolunda ciddi hakim xətaları var idi. Bunlar o qədər kobud idi ki, xətadan daha çox faciəyə oxşayırdı.
Ukraynanın Xarkov şəhərindəki Metalist stadionunda keçirilən oyunda Andrey Yarmalenko 18-ci dəqiqədə vurduğu qolda açıq-aşkar oyundan kənar vəziyyətdə idi. Ukraynalı oyunçu komanda yoldaşının qol ötürməsi zamanı türk futbolçudan ən azı yarım irəlidə idi. Amma oyunun baş ispaniyalı hakimi Fernandes Borbalan oyunu saxlamadı və vurulan qolla türk millisini mənən məhv etdi.
İkinci qol çöldən gəldi
Andrey Yarmolenko 42-ci dəqiqədə vurduğu qolda da biabırçı səhv vardı. Belə ki, Yevgeniy Konoplyonka türk futbolçu Şenər Özbayraklını keçdikdən sonra Andrey Yarmalenkoya qol ötürməsi etməzdən əvvəl top qapı xəttindən çıxmışdı. Yəni ispan hakim topun meydandan çıxdığını görmədi. Nəticədə Konoplyanka komanda yoldaşı Andrey Yarmalenkoya pas ötürdü, ikinci isə sərrast zərbə ilə topu Türkiyə millsinin qapısından keçirdi.