Patriarxların payızı...
...Rusiya Qareginlə Paşazadəni niyə görüşdürür...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Bir əlində İncil, digərində avtomat ...”
Şuşadan Eçmiədzinə çağırış: “Nifrət son qoyun”
-
“Bizə kömək edin”
Şeyxdən etiraf: “Azərbaycanda saxta molla problemi var”
-
Şeyxin qızı klinika açıb
«Zəhra Clinic» Vəfa Paşazadənin adına qeydiyyatdan keçib
-
Qaregini Paşazadənin ayağına gətirən səbəb
... Yaxud Ermənistanın gözdən pərdə asmağı, bəs nəticə?
-
Şeyxin son səlahiyyəti də əlindən alınır
Azərbaycan Türkiyə modelinə keçir; dini fəaliyyətlər böyük ölç üdə dövlətin nəzarətində olacaq; QMİ sədri narazıdır...
-
Şeyxdən qiyamətə qalmayan qisasım
Onun da öz üsulları var ...
-
Şeyxin kürəkəni həbs edildi
Allahşükür Paşazadənin qudası məlumatı təsdiqlədi
-
«...Şeyxi pərişan gördüm»
Hacı Allahşükür Paşazadənin oğlunun ölkədən getməsini Hacı Qalib təsdiqlədi
-
«Pul yığımını yığşdırın»
Allahşükür Paşazadə Ağdam axunduna: ««Qasım otağı»nın üstündə deşik olmasın»
-
Bütün inanclar bir süfrə arxasında
İlham Əliyev iftar mərasimində iştirak edib
-
Prezidentin parlament islahatı
Hakim partiyanın seçki siyahısının gecikmə səbəbi; İlham Əliyev Milli Məclisi nazir qohumlarından təmizləyir
-
«Kimin ixtiyarı var ki, mənə qadağa qoysun?»
«Bu məsələləri şişirtmək olmaz»
-
Şeyx cəbhə bölgəsinə getməlidirmi?
Çoxları onu görmək istəyirdi...
-
«Bayram iyulun 28-dir»
Şamaxı Rəsədxanası Şeyxin Ramazan fətvasına qarşı
-
Mollalar «2» aldı
-
Şeyx xalqa səsləndi
«Ramazan Allah-təalanın və insanlar bir-birlərini bağışladığı, müharibələrin dayandırılması ayıdır»
Sentyabrın 8-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü keçiriləcək. Xəbər verildiyi kimi bu görüşü Rus Patriarxı Kirill təşkil edib və dini liderlərin görüşü patriarxın Müqəddəs Danil monastırında yerləşən iqamətgahında baş tutacaq. Danışıqlarda məqsəd Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında dini liderlərin rolunu araşdırmaqdır.
Dini liderlərin Moskvada baş tutacaq görüşü Qarabağ məsələsinin danışıqlar yolu ilə həllindən çoxdan əlini üzmüş Azərbaycan cəmiyyətində demək olar ki, diqqəti cəlb etməyib. Lakin maraqlıdır ki, Ermənistanda bu görüş geniş müzakirə olunur, ekspert çevrələri, siyasətçilər və media dini liderlərin görüşünün Qarabağ məsələsinin sülh yolu ilə həllinə müsbət impuls verə biləcək hadisə hesab edir.
Virtualaz.org xəbər verir ki, «Sputnik Armenia» agentliyi bu görüşlə bağlı Minsk Qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirovdan şərh alıb. Kazimirov deyir ki, tərəflər arasında siyasi ziddiyətlərin kəskin olduğu bir vaxtda dini liderlərin görüşü ümid yaradır. «Dini liderlərin Azərbaycan və Ermənistanın ictimai həyatına təsiri nəzərə alınmaqla onların Patriarx Kirillin vasitəçiliyi ilə görüşməsini ancaq alqışlamaq olar. Bu görüş daha da tam olardı, əgər kilsə həqiqi müstəqil institut olsaydı», - Kazimirov deyir.
Keçmiş rusiyalı diplomat bildirib ki, 1991-1994-cü illərdə Rusiyanın vasitəçilik missiyası zamanı münaqişə tərəflərinin dini liderləri arasında təmaslara xüsusi əhəmiyyət verilirdi. «Mən bu missiyanın rəhbəri kimi dəfələrlə dini liderlərlə, o cümlədən indiki patriarx Kirillə görüşmüşəm», - o deyib. Kazimirov əlavə edib ki, tərəflər arasında siyasi ziddiyətlər, gərginlik kifayət qədər yüksək və təhlükəli olaraq qalır. «Ona görə də dini liderlərin görüşü bir az da olsa ümid yaradır. Onlara uğur arzu edirik!», - Kazimirov əlavə edib.
Ermənistan İctimai Şurasının rəhbəri Vazgen Manukyan isə qeyd edib ki, indiki situasiyada münaqişə tərəfləri arasında istənilən səviyyədə təmas ziyan yox, xeyir gətirə bilər. «Mən həmişə onun tərəfində olmuşam ki, istər ictimai qüvvələr, istər hökumət və ya dini liderlər arasında təmaslar olmalıdır. Hər görüş özündə müsbət element ehtiva edir. Ona görə də mən bu cür görüşləri alqışlayıram», - Manukyan bildirib.
Onun sözlərinə görə tək belə görüşlə problem həll olunası deyil, amma bu cür görüşlər tərəfləri həllə yaxınlaşdırır.
İrəvan Dövlət Universitetinin teologiya fakültəsinin müəllimi Vardan Xaçatryan isə deyir ki, Qarabağ münaqişəsində dini zəminin olmaması müsbət amildir. «Arzuolunandır ki, münaqişədə heç bir halda din istifadə olunmasın. Axı bu münaqişə Azərbaycan rəhbərliyi ilə onun vətəndaşları arasında başlayıb»-Xaçatryan deyir. Onun fikrincə dini liderlərin görüşü sülhə ancaq kömək edə bilər.
Patriarx Kirillin mətbuat katibi Aleksandr Volkovun bildirdiynə görə dini liderlərin görüşü «Rusiya və Zaqafqaziya dini liderlərinin sülhməramlı səylərinin davamı» olacaq. «Patriarx Kirillin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri münaqişələrin əllini və Qafqazda ədalətli sülhün təmin olunması yollarını müzakirə edəcəklər», - Volkov deyib.
Qeyd edək ki, dini liderlərin görüşündə ilk növbədə humanitar məsələlər müzakirə oluna bilər. Bura Azərbaycan və Ermənistandan olan əsirlərin «hamının hamıya» prinsipi ilə dəyişdirilməsi məsələsi də daxil ola bilərdi. Belə ki, hazırda iki Azərbaycan vətəndaşı Qarabağda ermənilərin əlində əsirdir. Azərbaycan tərəfdə də erməni vətəndaşlar saxlanılır və rəsmi Bakı bundan əvvəl dəfələrlə siyasi səviyyədə bu humanitar məsələnin həllinə çağırıb. Erməni tərəfi isə bundan imtina edib.