Şeyxin kürəkəni həbs edildi
Allahşükür Paşazadənin qudası məlumatı təsdiqlədi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Bizə kömək edin”
Şeyxdən etiraf: “Azərbaycanda saxta molla problemi var”
-
Şeyxin qızı klinika açıb
«Zəhra Clinic» Vəfa Paşazadənin adına qeydiyyatdan keçib
-
Şeyxin son səlahiyyəti də əlindən alınır
Azərbaycan Türkiyə modelinə keçir; dini fəaliyyətlər böyük ölç üdə dövlətin nəzarətində olacaq; QMİ sədri narazıdır...
-
Şeyxdən qiyamətə qalmayan qisasım
Onun da öz üsulları var ...
-
«...Şeyxi pərişan gördüm»
Hacı Allahşükür Paşazadənin oğlunun ölkədən getməsini Hacı Qalib təsdiqlədi
-
«Pul yığımını yığşdırın»
Allahşükür Paşazadə Ağdam axunduna: ««Qasım otağı»nın üstündə deşik olmasın»
-
Patriarxların payızı...
...Rusiya Qareginlə Paşazadəni niyə görüşdürür...
-
«Şeyx hələ indi-indi «razqon» götürüb...»
Deputat Cavanşir Paşazadə qardaşının varisi məsələsi ilə bağlı dediyi sözü dandı
-
Prezidentin parlament islahatı
Hakim partiyanın seçki siyahısının gecikmə səbəbi; İlham Əliyev Milli Məclisi nazir qohumlarından təmizləyir
-
«Dövlətin mövqeyi deyil»
XİN-dən Şeyxin açıqlamasına reaksiya
-
«Kimin ixtiyarı var ki, mənə qadağa qoysun?»
«Bu məsələləri şişirtmək olmaz»
-
Şeyx cəbhə bölgəsinə getməlidirmi?
Çoxları onu görmək istəyirdi...
-
Qareginin qara günü
Erməni katolikosu Allahşükür Paşazadəyə məktub ünvanlayıb
-
«Bayram iyulun 28-dir»
Şamaxı Rəsədxanası Şeyxin Ramazan fətvasına qarşı
-
«Paxıllıq etməkdən başqa iş bacarmırlar»
Şeyxin deputat qardaşı saqqal, vəhhabilər, məmurlar və kişilik rəmzi haqda danışır
-
Mollalar «2» aldı
Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadənin oğlu və eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin kürəkəni Əlihüseyn Salahzadə «Azərsu» ASC-nin nəzarətçisini döydüyünə görə həbs olunub. Virtualaz.org xəbər verir ki, bu haqda ölkə.az yazır. Salahzadə Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir.
Məlumatı Hacı Qalib Salahzadə təsdiqləyib. O, bildirib ki, oğlu sentyabrın 13-də gecə saatlarında Nəsimi rayon prokurorluğunun müstəntiqi Anar Abıyevin «qondarma qərarı» ilə həbs olunub. «Biz bu həbs qərarı ilə qəti razı deyilik və apellyasiya şikayəti vermişik», - Hacı Qalib deyib. O, oğlunun həbsini «sifarişli» adlandırıb.
Şeyxin qudası və keçmiş deputat bunları deyib: «Oğlum ağıllı, yerini bilən adamdır. Üç dəfə də Həcc ziyarətində olub. Sadəcə olaraq oğlumu şərləmək istəyirlər. Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə hamı kimi evində oturub Qurban Bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman «Azərsu» ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni, oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də məhkəmə keçirilərək, oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır».
Xatırladaq ki, Hacı Qalibin oğlunun «Azərsu» ASC-nin nəzarətçisi Elbəyi Mirzəliyevi döydüyü haqda mətbuata döyülən şəxsin qardaşı danışmışdı. O, bildirmişdi ki, hadisə nəzarətçinin Hacı Qalibin oğlunun yaşadığı evin suya görə yaranmış 70 manat borcunu ödəmək barədə xəbərdarlığından sonra baş verib. Keçmiş deputatın oğlu borcu istəyən nəzarətçiyə hücum edərək onu döyüb, xəsarət yetirib. Çənəsini iki yerdən sındırıb və bir dişini salıb. Şikayətçi deyirdi ki, hadisədən neçə gün keçməsinə baxmayaraq hüquq-mühafizə orqanları məsələni araşdırmır.
Lakin həmin gün Hacı Qalib oğlunun «Azərsu» əməkdaşını döydüyünü qəti inkar etmişdi və bu haqda yazanları məhkəməyə verəcəyi ilə hədələmişdi.
Bu, son günlər Şeyxülislamla bağlı yaranmış birinci qalmaqal deyil. Ötən gün məlum olub ki, Paşazadənin oğlu «küsərək» Azərbaycandan gedib, ailəsi ilə birlikdə Türkiyəyə köçüb.