vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ELM-TƏHSİL, DİN  
16:37 | 18 sentyabr 2014 | Cümə axşamı Məqaləyə 3264 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kimin ixtiyarı var ki, mənə qadağa qoysun?»

«Bu məsələləri şişirtmək olmaz»

MÖVZU İLƏ ƏLAQƏLİ

Millət vəkili Cavanşir Paşazadə hüzr mərasimlərinə qoyulan qadağadan sonra «Təzə Pir» məscidində yenə də təmtəraqlı ehsanların verilməsi faktına münasibət bildirib.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü «Qafqazinfo»ya açıqlamasında bu cür qadağaların Azərbaycan xalqının ənənələrinə zidd olduğunu və belə söhbətlərə tələbat olmadığını bildirib: «Buna qaşınmayan yerdən qan çıxarmaq deyirlər. Azərbaycan xalqını başqa xalqlarla eyni tutmaq olmaz. Biz təkcə rəhmətə gedən yaxınlarımıza deyil, imamlarımız, şəhidlərimiz üçün də ehsanlar veririk. 90-cı illərdə, müharibə dövrlərində Azərbaycanda o qədər çadırlar quruldu. Kimlər üçün verilirdi o ehsanlar? Allah göstərməsin, amma hər kəsin başına gəlir. Mən atam, anam üçün ehsan vermək istəyirəmsə, kimin ixtiyarı var ki mənə qadağa qoysun? Təbii ki, israfçılıq etmək olmaz. «Təzə Pir» məscidinin girişində də yazılır ki, salavat da, dua da, eləcə də çay, çörək də ehsan sayılır. Bütün bunlar deyilə bilər, lakin əmredici formada ola bilməz». 

Millət vəkili bəzi rayonlarda icra nümayəndəliyinin yas mərasimlərinə müdaxilə etməsi ilə bağlı yayılan xəbərlərə etirazını bildirib: «Kim isə kiminsə gəlib qazanını götürür. Bu nə deməkdir? 37-ci ildir, repressiya dövründəyik? Səkkizinci kilometrdə yol boyu restoranlardan qalxan tüstü, kabab iyindən oradan keçmək olmur. Niyə onlara heç kim heç nə demir? Təzə Pirdə ehsan verilməsinə gəlincə özləri bilər. Yaslarda da, toylarda da islahatlar aparmaq lazımdır. Lakin heç kim mənə tapşırıq verə bilməz. Bunu ortaya atan adam dövlətçi ola bilməz». 

C.Paşazadə yeni dərs ilində Sumqayıtda hicablı tələbələrin dərsə buraxılmamasına da toxunub və bildirib ki, dövlətin belə bir qadağası yoxdur. Bu cür qadağa qoyan insanların dövlətçiliklə əlaqəsi ola bilməz: «Bu məsələlərdə mətbuatın da rolu az deyil. Mətbuat bu tip xəbərlərlə bağlı elə mövqe nümayiş etdirir ki, elə bil müxalifət tərəfdarlarıdırlar. Demək istəyirəm ki, bu məsələləri şişirtmək olmaz».