vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PARTİYALAR  
12:41 | 25 avqust 2015 | Çərşənbə axşamı Məqaləyə 3416 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin parlament islahatı

Hakim partiyanın seçki siyahısının gecikmə səbəbi; İlham Əliyev Milli Məclisi nazir qohumlarından təmizləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin parlament seçkisində YAP-ın siyahısında nazirlərin yaxın qohumları yer almayacaq. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, YAP-ın siyahısının hazırlanmasında bir neçə standart tətbiq edilir ki, bunlardan da biri nazir və yüksək rütbəli şəxslərin yaxınlarının siyahıdan kənar saxlanılmasıdır: «Hazırda parlamentin tərkibində xeyli sayda məmur qohumları var. Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənov, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə, qudası Qalib Salahzadə və s. Bu şəxslərin heç biri YAP-ın siyahısında yer almayacaq. Çünki bu tendensiya ailə klanların yaranmasına gətirib çıxarır».

Mənbənin məlumatına görə, hazırda parlamentdə təmsil olunan ali məktəb rektorlarının hamısı, iş adamlarının isə böyük bir qismi də YAP-ın siyahısında yer almayacaq: «Bu kateqoriyadan olan şəxslərin parlamentdə təmsil olunması maraqların toqquşmasına gətirib çıxarır ki, bu da siyasi hakimiyyət üçün izafi problemlər yaradır.» 

Mənbənin iddiasına görə, YAP-ın siyahısının elan edilməsinin gecikməsi də bu amillə bağlıdır: «YAP sədri İlham Əliyev ona təqdim edilən ilkin siyahıdan narazı qalıb və yeni siyahı hazırlamağı tapşırıb. Bu dəfə dairələr üzrə yerli və nüfuzlu şəxslərin siyahıya daxil edilməsi göstərişini varib. Bu həm də seçkidən sonra idarəetmədə aparılacaq islahatların başlanğıcı deməkdir. Seçkidən sonra nazirlərin yaxınlarının yüksək vəzifələrdən də təmizlənməsi prosesi başlayacaq».