Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
Cəzalar müəyyənləşdi
Qanunu pozanlar 2 500 manat cərimə ediləcək
Azərbaycanda “Ali Təhsil haqqında” Qanun qəbul oluna bilər. Milli Məclisdən verilən məlumata görə, bu adda qanun layihəsinin yaxın günlərdə parlamentdə müzakirəsi gözlənilir. Layihə qəbul olunarsa, bu, Azərbaycanda ilk ali təhsil haqqında qanun olacaq. Hazırda isə 2009-cu ildə qəbul olunmuş ümumi “Təhsil haqqında” Qanun mövcuddur.
***
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Turan”a bildirib ki, hər il təhsildə müxtəlif inkişaf gedir, dünyanın ayrı-ayrı ölkələrində təhsil sistemlərinə yenidən baxırlar: “Azərbaycanda da artıq bir müddətdir ali təhsil haqqında ayrıca bir qanuna zərurət yaranmışdır”.
Onun sözlərinə görə, parlamentin Elm və təhsil komitəsində işçi qrup yaradılıb və onlar yekun olaraq qanun layihəsini hazırlayıb ayrı-ayrı qurumlarla müzakirə ediblər.
***
Komitə üzvü qeyd edib ki, layihənin əvvəlində ali təhsilə aid anlayışlara aydınlıq gətirilir: “Bir çox məsələlər var. Bizim üçün ən önəmli məsələlərdən biri təklif kimi nəzərdən keçirilir: Bakalavrların təhsil müddətinin 3 il (hazırda 4 ildir), magistratura üçün isə 1 il olması. Dünya təcrübəsində belə bir praktika var”.Lakin C.Məmmədovun fikrincə, bunun birdən-birə tətbiqi hazırda qeyri-mümkündür: “Bu, uzun bir prosesdir. Burada kredit sistemi var, proqramlar məsələsi var. Gələcəkdə zərurət yaranarsa, müəyyən prosedurlar həyata keçirildikdən sonra baxıla bilər”.
Onun vurğulamasına görə, qanun layihəsində vacib məqamlardan biri məsafədən təhsildir: “Bir neçə ildir dünyada tədris distant üsulu ilə aparılır. Bizim layihədə də məsafədən təhsil məsələsi əksini tapıb”.
***
C.Məmmədov bildirib ki, qanun layihəsində həmçinin sosial yataqxanalar da nəzərdə tutulur: “Uzun illərdir Azərbaycanda müxtəlif obyektiv və subyektiv səbəblərdən tələbə yataqxanaları ilə bağlı bir sıra problemlər yaşanır. Bu baxımından nəzərdə tutulur ki, hər hansı universitet yaradılarkən mütləq onun yataqxanasının olması şərti irəli sürülsün. Bundan əlavə, tələbələrimizin gələcəkdə yataqxana ilə təminatının gücləndirilməsi üçün sosial yataqxanalar məsələsi nəzərdə tutulub”.
Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna bildirib ki, ayrıca “Ali Təhsil haqqında” Qanuna ehtiyac var: “Çünki hazırda ali təhsilə aid olan məsələlər “Təhsil haqqında” Qanunla və Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Ona görə də bəzi məsələlər mübahisəli olur”.
***
Onun fikrincə, qanun layihəsi yaxşı hazırlansa da, müəyyən qədər çatışmazlıqlar var: “Amma yeni qanun ali təhsilin inkişafına təsir göstərəcək. Çünki orada ali təhsil müəssisələrinin müəyyən muxtariyyəti, idarə edilməsi, rektorların təyinatı kimi məsələlər öz əksini tapıb”.
Lakin ekspert hesab edir ki, layihədə universitetlərin beynəlxalq əməkdaşlığı, tələbə qəbulu qaydalarında ali məktəblərə müəyyən qədər müstəqilliyin verilməsi məsələləri də əksini tapmalı idi: “Bunlar layihədə öz əksini tapmayıb”.