
Ən böyük yardım qadın təşkilatına verilib
Almaniyada müsəlman dərnəklərinə milyonlarla avro dövlət dəstəyi
Almaniyada müsəlman dərnəklərinə milyonlarla avro dövlət dəstəyi
Almaniyadan Ukraynaya 50 milyard avroluq dəstək
Alman qırıcıları siqnal verməyən rus təyyarəsinə qarşı havalandı
CDU-dan sosial yardım açıqlaması
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
97 əsgər xaric edilib
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Əyalətlərdə artan maşın sayı böyük şəhərlərdə azalıb
Türkiyə əsilli iş adamı Berlində qətlə yetirilib
Almaniyada park kartı istifadəsi genişlənir
Almaniya polisi şahid axtarır
Almaniyada satışa çıxan orqanik ərzaq satışdan çıxarıldı
Axşam saat 8-dən və 10-dan sonra satışı qadağan edildi
DHL müştərilərinə qarşı yeni fırıldaq
47 dəfə qətl cəhdi ittihamı ilə məhkəməyə çıxarılan şəxs qaçdı
Ukraynaya əsgər göndərmək ideyası Almaniyanı iki yerə böldü
Almaniya kansleri Olaf Şolts Rusiyanın “Gazprom” şirkətinin Almaniya filialı “Gazprom Germania” şirkətinin tam milliləşdirilməsi ideyasından imtina edib. Bu barədə öz mənbələrinə istinadən “Bloomberg” yazır.
“Bloomberg” saytının mənbələri bildiriblər ki, kanslerin fikrincə belə bir addım Rusiya prezidenti Vladimir Putini qəzəbləndirə, Rusiya qazının Almaniyaya nəqlinin dayandırılması ilə nəticələnə bilər.
Agentlik yazır ki, “Gazprom Germania” şirkətinin tam milliləşdirilməsini Almaniyanın iqtisadiyyat naziri Robert Habek istəyirdi.
Almaniya hökuməti sanksiyalar siyahısına salınmış şirkəti uzunmüddətli idarəçiliyinə götürüb.
Aprelin 4-dən bu şirkətə Almaniyanın federal şəbəkə agentliyi “BnetzA” rəhbərlik edir.
Bundan başqa “Reuters” və “Der Spiegel” məcmuəsinin məlumatına görə Almaniya hökuməti “Gazprom Germania” şirkətini mümkün müflişləşmədən qorumaq üçün böyük məbləğdə istiqraz buraxmaq niyyətindədir.
Söhbətin 9-10 milyard avrodan getdiyi xəbər verilir.
***
Bu plana əsasən Almaniyanın dövlət “KfW Group” bankı kredit ayıracaq. Daha sonra bu kredit yeni hamilik formasının nəzarətində birbaşa paya çevrilə bilər.
Hamilik forması sentyabradək uzadılacaq, vaxtı bitəndə isə şirkətin adı “Gazprom Germania GmbH” yox, artıq “Securing Energy for Europe GmbH” olacaq.
“Gazprom Germania” şirkətinin Almaniyada böyük qaz terminalı, London və Sinqapurda filialları olan qlobal ticarət komandası var.
Rusiyanın “Gazprom” şirkəti aprelin 1-dən “Gazprom Germania” şirkətində və onun bütün aktivlərində fəaliyyətini dayandırıb.
Üstəlik Rusiya mayın 11-dən “Gazprom”un xaricdəki keçmiş törəmə firmalarına sanksiyalar elan edib.
O vaxt Robert Habek bəyan etmişdi ki, Rusiya şirkətinin bu törəmələrinə qaz verilməsi dayandırılıb.
“Bloomberg” yazır ki, “Gazprom Germania” şirkətinin idarəçiliyi hamilər şurasına verildikdən sonra onun bir çox müştəriləri üz çeviriblər və şirkət müflişləşmə təhlükəsi ilə üzləşib.
Bu isə “Gazprom Energy” adı ilə ticarət edən Almaniya və Britaniya alıcılarını çökdürə bilər.
Almaniya kansleri Olaf Şolts onsuz da ölkə daxilində və xaricində Rusiya təcavüzünə qarşı vuruşan Ukraynaya könülsüz dəstək verməkdə ittiham olunur.
Bundan başqa Fransa prezidenti Emmanuel Makron da Ukraynanı danışıqlara getməyə və Rusiyanı “alçaltmamağa” çağırmışdı.