

Pis niyyətə düşənlərin sonu bəllidir
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
Taleh Kazımovun dosyesi...
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Ötən gün diqqətimi cəlb etdi ki, Milli Məclisin İqtisadi komitəsində Mərkəzi Bankın rəhbərliyi ilə görüş keçirilib. Görüşdə ancaq deputatlar və Mərkəzi Bankın rəsmiləri iştirak edib. Təbii ki, bu tip görüşlər faydalıdır.
Amma bu məlumatı oxuyarkən dərhal da BMT-nin son Hesabatında Azərbaycanla bağlı gözlənilməz nəticələri xatırladım.
Xatırladıram ki , bir neçə gün öncə BMT "Elektron Hökumətin İnkişafı İndeksi” üzrə 2022-ci il üçün Hesabat və Reytinq cədvəlini açıqlayıb. Bu hesabata görə Azərbaycanla bağlı vəziyyət xoşagələn olmayıb, ölkəmiz son iki ildə 13 pillə geriləyib.
Sual oluna bilər ki, Milli Məclisdəki adi bir görüşlə Azərbaycanın beynəlxalq reytinqdə geriləməsi arasında hansı əlaqə var.
Hesabata diqqət yetirdikdə görmək olur ki, Azərbaycanın geriləməsi həm də əsasən elektron iştirakçılıqla bağlı olub. E-iştirakçılıq üzrə Azərbaycan son iki ilə xeyli, 25 pillə geriləyib, 193 ölkə arasında 98-ci yer olaraq qiymətləndirilib.
Ümumiyyətlə, BMT-nin adı çəkilən hesabatlarına görə Azərbaycan elektron iştirakçılığa görə son 5 ildə 36 pillə geriləyib.
BMT-nin adı çəkilən hesabatının hazırlanmasında istifadə olunan metodologiyada qiymətləndirmə üçün ölkələrin bütün rəqəmsal mühiti, e-hökumət, e-xidmətlər, rəqəmsal infrastruktur, internet və sosial media, elektron iştirakçılıq, rəqəmsal savadlılıq və s. əsas götürülür.
Bu metodologiyada E-iştirakçılıq dedikdə vətəndaşların qanun və qərarların qəbul edilməsində və icra prosesinə iştirak imkanları, fikir və təkliflərinin öyrənilməsi, xidmətlərin formalaşdırılması və göstərilməsi zamanı vətəndaş rəylərinin nəzərə alınması imkanları və s. başa düşülür.
Bir daha xatırladıram ki, yuxarıda adı çəkilən toplantıda vətəndaş cəmiyyətindən, ekspertlərdən, sahə üzrə mütəxəssislərdən və ictimai qurumlardan, assosiasiyalardan heç kim iştirak etməyib.
Qərar qəbul edənlərə, hökumətə müraciət edirəm, indi özünüz müəyyən edin, BMT-nin hesabatı ədalətlidir, yoxsa qərəzlidir.