

Deputatlığa namizəd Rafael Hüseynovla seçiciləri ilə növbəti görüşdə problemləri müzakirə etdi
Hacıqabulda şəhər ictimaiyyəti ilə səmimi görüş
Başlanmış və davam etdirlməli vacib işlərlə yanaşı, yani layihələr və niyyətlər
Kimdir bunlar – “JEK”, “ASAN Xidmət”, AAK?
Bakı üçün də kritik gözlənti - səsvermə günü yaxınlaşdıqca İrəvan və Moskvada müharibə narahatlığı artır
Fədakar addımı 25 il keçsə də unudulmayan insan haqqında əhvalat
Azərbaycan qeyri-dost çevrələrin planını necə pozdu - İrəvan və Kreml təlaş ortaqları kimi...
Yaxud 1998-ci ildən başlayan seriyalın ssenarisi...
Əli Əhmədov seçkiyə görə baş nazirin müavini vəzifəsinin icrasını dayandırdı; bir neçə şəxs namizədliyini açıqladı...
İlham Əliyev: «2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyata keçib»
Əli Həsənov səbəbləri açıqladı, mövsüm amilindən də danışdı
İlham Əliyev nədən növbədənkənar seçkiyə ehtiyac duydu?
Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edildi
İlham Əliyev Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı haqda
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
Partiya prezident seçkisinə hazırlıq işlərinə start verdi
Azərbaycanda yenidən növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqqında şayiələr dolaşmaqdadır. Xüsusilə, yay aylarında guya parlamentin buraxılacağı və ilin sonuna qədər erkən seçki keçiriləcəyi barədə müxtəlif iddialar səsləndirilir. Bu kimi fikirlər 2020-ci ilin fevralın 9-da baş tutan parlament seçkilərindən sonra Milli Məclisin boş qalan dairələrinə yenidən seçkilərin keçirilməməsi ilə əlaqələndirilir.
Maraqlıdır, növbədənkənar seçkinin keçirilməsi mümkündürmü? Bu haqda iqtidar və müxalifət təmsilçiləri nə düşünürlər?
Mövzu ilə bağlı danışan deputatlar parlamentin növbəti dəfə buraxılmasını istisna edirlər.
Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Aydın Mirzəzadə düşünür ki, növbədənkənar seçkilərlə bağlı ortaya atılan fikirlər şayiədən başqa bir şey deyil:
“Hazırda fəaliyyət göstərən parlament üzvləri növbədənkənar seçkilərdə seçiliblər. Yeni, vətənpərvər insanlar seçildilər və parlamentdə özlərini müsbət tərəfdən göstərirlər. Hazırda elə bir şərt yoxdur ki, növbədənkənar seçkilər keçirilsin.
Boş qalan yerlərlə bağlı vəziyyət imkan verən kimi seçkilər keçiriləcək. Bilirsiniz ki, artıq koronavirus pandemiyasının yeni dalğası bütün dünyanı, o cümlədən Azərbaycanı bürüyüb. Yoluxma ilə bağlı durum stabilləşəndə yenidən seçki keçirilə bilər”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da həmkarı ilə eyni fikirdədir:
“Pandemiya dövründə necə seçki keçirilsin? Parlament öz fəaliyyətini qənaətbəxş şəkildə davam etdirir. Seçki zərurətdən irəli gəlir. İndiki vəziyyətdə heç bir zərurət yoxdur. Hərə bir ssenari ortaya qoyur. Amma bu, şayiədir. Boş qalan yerlərə təkrar seçki keçirilə bilər, bu istisna deyil. Növbədənkənar seçkilərə isə dediyim kimi, zərurət yoxdur”. (Modern.az)