

Azərbaycan Yüksəliş Partiyasında elm və təhsil adamları ilə görüş
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
Siyavuş Novruzov spikerdən siyahı istədi
Millət vəkili: «Büdcəni yox, ona münasibəti tənqid etmişəm»
Siyavuş Novruzovdan etiraz
«Texnikabank»ın rəhbəri iri əmanətçilərin siyahısını Eldar Mahmudova ötürübmü...
«Qafqaz və Təfəkkürün ardınca, digər lazım olmayan universitetlər də bağlanmalıdır»
Deputat Hüseynbala Mirələmov: «Dediklərimin hamısını montaj ediblər»
Deputat insanları az yeməyə çağırdı
«Başımı divara vuracam, ya üsyan edəcəm?»
Partiya sədrinin Nobel mükafatına iddiası eksperti özündən çıxardı
«Dini yönüm olsaydı heç kəs övladını həmin məktəblərə etibar etməzdi»
Türkiyədəki radikal qərarın Azərbaycanda tətbiqi ciddi əks-effekt verər
“Peşə məktəblərində təhsil alan oğlanları ilin ortasında hərbi xidmətə çağırırlar. Onlar əsgərliyi başa vurduqdan sonra qayıdıb oxumalıdırlar”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Etibar Əliyev deyib. O bildirib ki, peşə məktəblərinə qəbul olanların əksəriyyəti hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmir.
“Təhsil Nazirliyi yanında Peşə Təhsili Agentliyinin yaranması peşə təhsilinin inkişafına təkan verdi. Amma bir müddət sonra durğunluq yarandı. Belə ki, altı il ərzində agentliyin 5 direktoru dəyişib. Bu idarəetmədə ciddi boşluqların yaranmasına səbəb olub. Bu il 11-ci sinif olan 92673 şagirddən 23650 nəfəri 0-50 arasında bal toplayıb. Ölkədə savadsızlıq tüğyan edir. Fərz edək bu şəxslər peşə məktəbinə üz tutdular, onda orada necə təhsil alacaqlar?”, - deputat çıxışında vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın Azərbaycanda savadsızlığın tüğyan etməsinə dair fikri ilə razılaşmadığını söyləyib. Spiker Azərbaycanda təhsilin inkişafı ilə əlaqədar kifayət qədər işlərin görüldüyünü xatırladıb.