
Berlin-Bakı-Ankara normativləri ...
... Yaxud Fransa kartını neytrallaşdıran qiymətli manera
... Yaxud Fransa kartını neytrallaşdıran qiymətli manera
Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqladı
Almaniya Prezidenti və birinci xanımının qarşılanma mərasimi olub
İndi Ərdoğanı qınayanlar o vaxt Baydenə ləbbeyk deyirdilər
Azərbaycanın maraqları fonunda görünən hadisələr
Ərdoğan: “Əgər danışacaq olsaq, Türkiyə-Avropa Birliyi əlaqələrindən danışaq”
Yaxud İmamoğlunun öngörmələri və Yavaşın sanşı
Azərbaycanın qələbəsindən sonra simasını dəyişmək məcburiyyətində qalan ...
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Zəngəzur dəhlizi və regional geosiyasi perspektivlər
Enerji siyasəti üzərindən qlobal və regional təhlükəsizlik
Qonağı qarşılamaq mədəniyyətdir
Azərbaycanda iqtidar və partiyalar arasında konstruktiv əməkdaşlıq
“Le Point” jurnalı “Yeni dünya nizamı” adlı xüsusi buraxılış dərc edib
Türkiyənin oyuna daxil olması əli ilə bərabər, risklərini də gücləndirir
Ərdoğan Qərbin tək qoyduğu Zelenskini öz çətiri altına aldı
Dünən prezident İlham Əliyevin sərəncamı ilə adı nurçuluqda çəkilən Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov vəzifəsindən azad edildi. Yayılan məlumatlarda onun ölkədəki nurçuların əsas rəhbərlərindən biri olduğu iddia olunur. Aslanovun «Gülənçi»lərlə sıx əlaqələrinə dair məxfi sənədlər hələ 2011-ci ildə məşhur WikiLeaks qalmaqalında yayılıb.
Gündəmi dəyişən bu sərəncamdan sonra
Azərbaycandakı «Gülən təhsili»nə son qoyulacağı daha da real görünür.
Türkiyə mətbuatı baş nazir Rəcəb Tayyib
Ərdoğanın bu barədə yaxın münasibətdə olduğu dairələrə, həmçinin dövlət
başçılarına xüsusi müraciət göndərildiyini də yazır. Nazir rəsmi Bakıdan
Gülənlə mübarizədə ona yardımçı olmağı xahiş edib.
Məsələ ilə bağlı təhsil eksperti Etibar
Əliyevin fikrini öyrəndik. XXI əsr Təhsil Mərkəzinin rəhbəri adları nurçuluqda
çəkilən həmin təhsil mərkəzlərinin bağlanacağına inanmadığını deyir:
«Orta məktəblərdə və ya Qafqaz
Universitetində demək olar ki, heç bir ideoloji və siyasi cərəyan təbliğ
olunmur. Müxtəlif söhbətlər gəzir ki, onlar nurçularla bağlıdır və sairə. Ancaq
mən həmin məktəblərə yaxşı bələdəm və tam əminliklə deyə bilərəm ki, konkret
olaraq orta məktəbdə uşaqların beynini hər hansı bir ideologiyayla doldurmaq
planı görsənmir. Məqsəd sırf yaxşı və fərqli təhsil verməkdir. Və bu gün
şübhəsiz ki, TQDK-nın keçdiyi imtahanlarda bu, öz əksini tapır. Həmin
abituriyentlər yüksək bal toplayırlar və ali məktəbə daxil olurlar. Bundan
başqa, ailə məktəbə daxil olanlar və orta məktəbə bitirən şagirdlərin əksər
hissəsi Türkiyədə təhsil almağa meyllidirlər».
Ekspert nurçuluq hərəkatının inkişafını
inkar etmir: «Şəbəkə kifayət qədər genişlənib. Bunun əsas səbəbini də artıq
hamı bilir. Həm gəlir gətirir, həm də vətəndaşları özünə cəlb edir. Amma əgər
konkret məktəblərdə hər hansı dini yönüm olsaydı Azərbaycan vətəndaşları öz
övladlarını həmin orta məktəblərə və Qafqaz Universitetinə etibar etməzdilər».
«Bəs ölkə üçün hansı məktəblər daha
təhlükəlidir» - sualına isə Etibar Əliyev belə cavab verdi:
«Azərbaycanda 3 məktəb tipi var. Bunlar
tədrisi ingilis dilində olan ingilis məktəbləri, Türkiyə məktəbləri və yerli
məktəblərdir. Məktəbdə nəzarət yoxdursa, tədrisin keyfiyyətinə diqqət
yetirilmirsə, uşaqlar bütün günü küçələrdədir və siqaret çəkirlərsə, dini
məkanlara üz tuturlarsa bu, təhlükəlidir. Təhlükənin belə yerlərdən gözləmək
olar».
Fətullah Gülənə aid dərsanələrin 2015-ci
il sentyabrın 1-dən bağlanacağını nəzərdə tutan qanun layihəsi Türkiyə
parlamentində təsdiqdən keçib.
Bu tipli məktəblərin bağlanacağı barədə
rəsmi məlumat yoxdur. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin
müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı mətbuata açıqlamasında
ümumiyyətlə, belə bir təriqət tanımadığını vurğulayıb:
«Kimsə gəlib maarifçiliklə məşğul olursa, ona nurçu deyirlər. Məgər məktəb açmaq qəbahətdir? Məktəb açan adam məktəb açdığı ölkənin qanunlarına uyğun tədrisi həyata keçirməlidir. Bu edilməyəndə, istənilən ölkədə həmin məktəbin qarşısı alınır. Ümumiyyətlə, İslamda da nurçu təriqəti yoxdur». (Hafta.az)