vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
17:50 | 17 iyun 2022 | Cümə Məqaləyə 1552 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Büdcə icrasının müzakirələri

Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Milli Məclisin növbəti Plenar İclasında “2021-ci ilin Dövlət Büdcəsinin İcrasına dair” Hesabat müzakirə olundu. 2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəy daha çox kəmiyyət indikatorları əsasında hazırlanıb və daha yaxşı olardı ki, keyfiyyət, performans təhlili də aparılsın. Çünki fiskal siyasətdə xərclənən və ya xərclənməyən hər bir manatın iqtisadiyyata təsirləri, sektorlar effektlərinin dəyəndirilməsi vacibdir.

Sənəddən də görünür ki, rəy daha çox büdcənin kassa-icrası əsasında hazırlanmış və icra ilə proqnozun müqayisəsi formasında təqdim edilib. Bu baxımdan, Azərbaycanda sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər nəzərə alınmaqla keyfiyyət hesabatının hazırlanması vacibdir.

Büdcə icrası zamanı fiskal inklüzivlik səviyyəsinin ayrıca qiymətləndirilməsinə vacibdir. Belə ki, fiskal siyasətdən birbaşa və dolayı faydalananların, yəni benefisiarların ayrıca qiymətləndirilməsi və qeyd edilməsi məqsədəuyğun olardı.

Digər tərəfdən, büdcə xərclərinin əsas milli prioritetlərdən olan dayanıqlı iqtisadi inkişafa təsirlərinin ayrıca keyfiyyət meyarları ilə qiymətləndirilməsinə ehtiyac var. Bu fiskal siyasət ilə iqtisadi hədəflərin hansı səviyyədə mütənasib olduğunu və fiskal xərcləmələrin yaratdığı iqtisadi dəyəri ölçməyə imkan verə bilər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) büdcə icrası zaman fiskal siyasətin yaşıl iqtisadiyyat, gender siyasətinə təsirlərinin ayrıca qiymətləndirilməsini tövsiyə edir. Hər iki istiqamət Azərbaycan üçün prioritetdir və bu istiqamətlərin rəydə ayrıca qeyd olunması vacibdir.

Digər tərəfdən, rəydə ortamüddətli dövr üçün müəyyənləşdirilmiş hədəflərarası uyğunluğun aydın təqdim olunması, keyfiyyət indikatorların istifadə olunması və xüsusən də ortamüddətli dövr üçün hədəflərlə və ayrılan vəsait arasında mütənasiblik gözlənilməsi də önəmlidir. Bir sıra hallarda Orta Müddətli Xərclər Çərçivəsində hədəflərə nail olunması səviyyəsi ilə maliyyələşmə dərəcəsi arasında qeyri-mütənasiblik özünü göstərir.

2021-ci il dövlət büdcəsi icrasının nəticələri bir daha təsdiq edir ki, proqnozlar ilə icra arasında kəskin fərq ötən ildə də müşahidə olunub. Belə ki, büdcə gəlirlərində proqnoza nisbətən daha çox artımın qeydə alınması iqtisadiyyatın ağrıması ilə bağlı islahatların dərinləşməsi, inflyasiya səviyyəsinin proqnozdan daha çox olması ilə bağlıdır. Bununla belə, inflyasiya üzrə faiz proqnozlaşdırıldığından 3.7 faiz bənd yüksə olub. Amma xüsusən xərclərdə isə proqnoza nisbətən kənarlaşma daha çox olub. 2021-ci il dövlət büdcəsi ilə 28 milyard 543 milyon manat təsdiq olunsa da xərclər 96,1 faiz və ya 27 milyard 422 milyon manat icra olunub. Bu o deməkdir ki, proqnozlaşdırılan və ya təsdiq edilən 1 milyard manatdan artıq vəsait istifadə olunmayıb. Aydındır ki, nəzərdə tutulan vəsaitlərin xərclənməməsi iqtisadi aktivlik baxımdan arzuolunan deyil. Digər tərəfdən, büdcə kəsirində proqnoza nisbətən kənarlaşma 67,1 faiz olub. Bu isə proqnozlaşdırma metodologiyasına yenidən baxılmasını aktuallaşdırır.

Bir sıra əsas istiqamətlər üzrə xərclərin ÜDM-də və büdcə gəlirlərində payı aşağı olaraq qalmaqdadır. Xüsusən səhiyyə və elm xərclərində artımların nəzərdə tutulmasına baxmayaraq bu xərclərin ÜDM-də payı aşağı olaraq qalmaqdadır. Qeyd edək ki, səhiyyə xərclərinin ÜDM-də payı Rusiyada 5,6 faiz, Türkiyədə 4,3 faizdir. Ölkəmizdə bu rəqəm 2,1 faiz təşkil edir. 2021-ci ildə elm xərclərinin ÜDM-də xüsusi çəkisi cəmi 0.2 faiz olub. Qeyd edək ki, elm xərclərinin ÜDM-də payı Rusiyada 1 faiz, Türkiyədə 1,1 faiz, dünya üzrə ortalama 2,2 faizdir. Bu isə o deməkdir ki, sözügedən iki xərcin ÜDM-də çəkisinin artırılması və beynəlxalq ortalama standartlarına çatdırılması üçün maliyyələşmənin genişləndirilməsi məqsədə uyğun olardı.

Digər mühüm məqam xərcləmələrin daha çox sonuncu rüb və ya dekabr ayına təsadüf etməsidir. Ötən ilin  dekabr ayında 2 milyard 180 milyon proqnozlaşdırılsa da 3 milyard 671 milyon manat xərclənib. Dekabr ayında dövlət büdcəsi gəlirlərinin faktiki icrası 3671,1 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 1491,1 milyon manat və yaxud 68,4 faiz çox olmaqla icra edilmiş cəmi büdcə gəlirlərinin 13,9 faizinə bərabərdir.

2021-ci ildə dövlət büdcəsi xərclərinin 35,4 faizi ilin son rübündə icra edilib. 2020-ci ildə 29.4 faiz idi. Bu o deməkdir ki, ötən il xərclənən hər 100 manat vəsaitin 35 manatdan çoxu sadəcə bir rübdə və sonuncu rübdə xərclənib. Xüsusilə dekabr ayında 5 milyard 102 milyon manatın xərclənməsi, bir mənbədən satış metodu ilə vəsaitlərin istifadəsi, onların böyük əksəriyyətinin təşkilatların bank hesabında qalmasına, akkreditivlərə yönəldilməsinə gətirib çıxarıb.