vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
RƏY, REPLİKA  
14:46 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 3328 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şeyx hələ indi-indi «razqon» götürüb...»

Deputat Cavanşir Paşazadə qardaşının varisi məsələsi ilə bağlı dediyi sözü dandı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Varislik filan məsələləri hamısı boş söhbətdir. Elə bir məsələ yoxdur. Bu bizim mənəviyyatımıza uyğun gəlmir».

Bu sözləri «Qafqazinfo»ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə mətbuatda Şeyxin varisinin adının açıqlanması məsələsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Şeyxin qudası Hacı Qalib Salahzadə dünən yerli KİV-ə bildirmişdi ki, Allahşükür Paşazadə hələ minimum 30 il öz postunda qalacaq, ondan sonra isə Qafqazın şeyxi onun varisi - oğlu Məhəmməd Paşazadə olacaq.

C.Paşazadə isə deyib: «Bu söhbətlər artıqdır. Hələ ki, Şeyximiz cavandır. 69 yaşı var. Ruslar demişkən, hələ indi «razqon» götürüb. Ondan sonra Allahın nə məsləhəti olacaqsa, o da olacaq. Kim bu işi elmi, dini cəhətdən bacaraqsa, o da şeyx olacaq».

Bəs görəsən Cavanşır Paşazadəni dediyi sözü danmağa nə vadar edib?