vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
13:12 | 24 yanvar 2014 | Cümə Məqaləyə 1690 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cəbhə boyu uçuşlar

Şahinlərimiz havaya qalxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. APA-nın məlumatına görə, vəziyyətlə əlaqədar Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkətə keçib. Hərbi Hava Qüvvələrinin təyyarələri cəbhə boyu uçuşlar həyata keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib. Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb.
Cəbhənin Tovuz rayonu istiqamətində isə Azərbaycan hərbçiləri düşmənin hərbi maşınını sıradan çıxarıblar.