vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MƏHKƏMƏ, İSTİNTAQ  
20:25 | 23 fevral 2022 | Çərşənbə Məqaləyə 2024 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müdafiə Nazirliyində yarpaq tökümü

Daha bir sabiq idarə rəisi həbs edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Məhərrəm oğlu Şirinovun həbs edildiyi bildirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Hərbi Prokurorluğun İstintaq idarəsi Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 179.4 maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən küllü miqdarda mənimsəmə, 341.2.1 maddəsində isə vəzifə səlahiyyətlərindən sui-istifadədən söhbət gedir.

Maddədə 14 ilə qədər həbs nəzərdə tutulur.

Bir neçə gün öncə həmin idarənin başqa bir sabiq rəisi Məlikməmməd Oruc oğlu Qurbanovun mənimsəmədə ittiham edilərək həbs olunduğu açıqlanmışdı.