
“Hər şeyə hazırlıq”
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
İsrail hücumdan əvvəl xəbərdarlıq edib
Netanyahu razı olmadı, sonra üçün vaxt seçdi, Amerikalılar sui-qəsddən hiddətləndilər
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Almaniya İsraildən müdafiə sistemi alıb
İsrailin Suriyadakı maraqları iki istinada söykənir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Vaşinqton Suriyada dürzilərə qarşı zorakılığı pisləyir
Dürzilər yeni administrasiyaya məzhəbçilik və separatizm təhlükəsi barədə xəbərdarlıq edir
Livandan “HƏMAS”a xəbərdarlıq
Təbii fəlakət Tel-Əvivə milyonlarla dollar ziyan vurub
““Hizbullahı”n hərbi infrastrukturu demək olar ki, məhv edilib”
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Böyük buluşma mümkündürmü?
Azərbaycanın müdafiə naziri Zakir Həsənov İsraildə Qarabağ müharibəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun ailəsi ilə görüşüb.
Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Z.Həsənov Albert Aqarunovun iki qardaş xalqın əsl qəhrəmanı olduğunu vurğulayıb: «Biz Albertin mərdlik və cəsarətini heç vaxt unutmayacağıq. O, Azərbaycanda sevilir və xatirəsi daim yad edilir. Biz xatırlayırıq ki, Albert Aqarunov 1992-ci il mayın 8-də Şuşa şəhərinin kənarında son döyüşü zamanı necə fədakarlıqla və qəhrəmancasına doğma torpağını müdafiə edib. Milli Qəhrəman onu doğma oğlu kimi yetişdirən Azərbaycanı çox sevirdi».
Azərbaycanın Milli Qəhrəmanının qardaşı Rantik Aqarunov həlak olanın xatirəsinə və ailəsinə göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib: «Mən hər il Albertin ad günündə Bakıya gəlirəm və Azərbaycan xalqının qardaşımı unutmadığını, gənc nəsil üçün fəxr və örnək olduğunu görürəm. Bu yaxınlarda Bakıda Albertin oxuduğu məktəbdə ona abidə ucaldılıb. Mən çox şadam ki, bu gün qardaşım Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq rəmzlərindən biridir. Biz fəxr edirik ki, nəinki Azərbaycan xalqı, həm də Azərbaycan Ordusunda Alberti unutmurlar».
İsrailin «Beynəlxalq layihələr cəmiyyət üçün» qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Albert Aqarunovun ailəsi ilə görüşə görə Azərbaycanın müdafiə nazirinə təşəkkür edib. O, Zakir Həsənovun İsrailə ilk rəsmi səfərinin tarixi əhəmiyyətini qeyd edib: «İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və yalnız dövlətin ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına çağırır».