Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
14:57 | 2 may 2025 | Cümə
Məqaləyə 207 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
Livan “HƏMAS” terror təşkilatına açıq mesaj göndərib – ölkə ərazisini təhlükə altına salacaq heç bir hərəkətə icazə verilmir. Prezident Aun bütün silahların dövlətin nəzarətinə keçməli olduğunu bəyan edərkən, hökumət isə “HƏMAS” da daxil olmaqla heç bir qrupun milli təhlükəsizliyi təhdid etməsinə icazə verməyəcəyini vurğulayıb.
Livanın Ali Müdafiə Şurası “HƏMAS” terror təşkliatına ölkənin təhlükəsizliyi və suverenliyinə təhlükə yaradacaq əməliyyatlardan çəkinmələri barədə xəbərdarlıq etdiyini bildirib.
Ali Müdafiə Şurasının baş katibi Məhəmməd əl-Mustafa bu gün, ““HƏMAS”ın Livan ərazisindən milli təhlükəsizliyi təhdid edəcək hərəkətlər üçün istifadə etməməsi ilə bağlı Nazirlər Kabinetinə bir sıra tövsiyələr təqdim olunacaq”, – deyib.
“HƏMAS” terrorçuları 7 oktyabr 2023-cü ildə Qəzzadan İsrailə “Hizbullah” terror təşkilatı ilə birlikdə başlatdığı hücumdan sonra cənub sərhədindən İsrailə raket zərbələri endirib.
Livan prezidenti, keçmiş Baş Qərargah rəisi Cozef Aun ölkədəki bütün silahların dövlət nəzarətinə alınacağını vurğulayıb.
“Prezident Livanın regional münaqişələrə sürüklənməyəcəyini açıq şəkildə söylədi”, – Əl-Mustafa deyib.
“O, Fələstinin hüquqlarının vacibliyini vurğuladı, eyni zamanda Livanın sabitliyinin qorunmasının prioritet olduğunu açıq şəkildə bildirdi”.
Şuranın bəyanatına görə, baş nazir həmçinin bildirib ki, “qanunsuz silahlar təhvil verilməli və “HƏMAS” və ya hər hansı digər terror təşkilatının Livanın təhlükəsizliyini pozmasına icazə verilməməlidir”.