vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 7 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
Səna hava limanı bombalanıb 19:44 | 6 may 2025 | Çərşənbə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səna hava limanı bombalanıb

İsrail hücumdan əvvəl xəbərdarlıq edib

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Yəmən üçün ilk dəfə təxliyə xəbərdarlığı edən İsrail ordusu qısa müddət sonra paytaxt Sənaya hava zərbələri endirib.

Husilərə bağlı Əl-Məsirə telekanalı İsrail ordusuna məxsus təyyarələrin Səna hava limanına hücum etdiyini açıqlayıb. İsrailin hücumu nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

“Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, İsrail ordusu da Səna hava limanına hücum həyata keçirdiklərini təsdiqləyib. “Reuters”ə danışan mənbələr də məlumatı təsdiqləyib.

Əl-Məsirə həmçinin İsrail və ABŞ-ın Sənanın cənub-qərbindəki Atan bölgəsini, Sənhan rayonundakı Hizyaz Mərkəzi Elektrik Stansiyasını, Beni Haris rayonundakı Zehban Mərkəzi Elektrik Stansiyasını və Amran əyalətindəki sement zavodunu hədəf aldığını bildirib.

***

Hücumlar İsrailin Yəmənə ilk təxliyə xəbərdarlığını verməsindən sonra baş verib.

İsrail ordusunun sözçüsü Aviçay Adrai bu yaxınlarda “X” sosial media platformasındakı hesabında hava limanını qırmızı ərazidə göstərən xəritə paylaşmışdı. Sözçü açıqlamasında “Sana Beynəlxalq Hava Limanı bölgəsindəki hər kəsə təcili xəbərdarlıq edərək bölgənin və ətrafının dərhal boşaldılmasını tələb etmişdi.