vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
RƏY, REPLİKA  
11:41 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 3323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Neftin qarant olması danılmaz faktdır»

Ayaz Mütəllibov: «Moskva Azərbaycanın müstəqilliyi ilə barışıb»

Zaur RƏSULZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rusiyanın imperiya meylli siyasətçilərindən biri Konstantin Zatulinin Azərbaycanın SSRİ-nin dağılmasından qazanan yeganə ölkə olduğunu bildirməsi onu deyir ki, Moskva müstəqilliyimizlə barışıb və ölkəmizi həqiqətən bərabərhüquqlu tərəfdaş kimi qəbul edir».

Virtualaz.org xəbər verir ki, bunu əməkdaşımızla söhbətində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov deyib.

«O ki qaldı neftin müstəqilliyimizin qarantı olmasına, bu danılmaz faktdır. Vaxtilə «Əsrin müqaviləsi»ni imzalamış ölkə rəhbərliyinin haqqını vermək lazımdır. Həmin müqavilə Azərbaycanın energetik təhlükəsizliyini təmin edib. Bu gün görə bilərik ki, hətta çoxəsrlik dövlətçilik ənənələrinə malik Avropa ölkələri belə enerji daşıyıcılarının çatışmazlığı ucbatından müstəqil siyasət yürüdə bilmirlər. Şükürlər olsun ki, biz heç bir bloka daxil olmuruq və xaricdən göstəriş olmadan inkişaf edirik. Əminəm ki, ölkəmiz hansı çətinliklərlə üzləşsə də, siyasətimizi davam etdirməli və müstəqilliyimizi möhkəmləndirməliyik», - A.Mütəllibov vurğulayıb.