vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
08:13 | 6 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 3082 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Qarabağ»a qarşı daha yaxşı oynadıq, nəinki «Səbail»ə»

Roman Qriqorçuk: «İkinci qoldan sonra komandada rahatlıq yarandı»

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasının 11-ci turunda evdə «Səbail»ə 3:1 hesabıyla qalib gələn «Qəbələ»nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:


- Əsas o idi ki, qələbə qazandıq. Bu cür oyunlarda iki top vurduqdan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq tam əksinə oldu. İkinci qoldan sonra komandada rahatlıq yarandı.


- Oyun zamanı çox gərgin görünürdüz. Yetirmələrinizin hansı səhvləri sizi belə emosional etmişdi?

- Bunun birinci dəfə şahidi olurduz? (gülür).


- «Qarabağ»la oyunda daha sakit idiz...

- Rəqiblərimizin hər birinə hörmət edirəm. «Qarabağ»la oyunda indikindən daha yaxşı, daha səhvsiz oynayırdıq. Ona görə, hər epizoda belə emosional münasibət bildirmirdim.


- Rəqibin baş məşqçisi dedi ki, «Qəbələ»dən daha güclü oyun gözləyirdi...

- Bu, onun fikridir. Onun fikirlərinə hörmət edirəm.


- Yaranacaq fasilədə hansı planlarınız var? Ölkə xaricinə səfər gözlənilir?

- Heç bir planımız yoxdur, yəni, ölkə xaricinə yollanmayacağıq. Burda təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda qüvvəmizi sınayacağıq.


- Qarşıda «Neftçi» ilə oyununuz var. Ardıcıl dörd oyunda qalib gəliblər...

- «Neftçi» ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də, bu komandanın layiq olmadığı yerdə qərarlaşdığını bildirmişdim. Bu komanda ilə oyunumuz çətin keçəcək.