vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
09:10 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2645 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AZAL-Zirə qarşılaşması

Bu gün Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunu keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün futbol üzrə Topaz Premyer Liqasında IX turun növbəti oyunu keçiriləcək. Turun ikinci oyun günündə bir qarşılaşma oynanılacaq.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan AZAL «Zirə»nin eyniadlı komandasını qəbul edəcək. Qonaq komanda səfərdən qələbə ilə dönəcəyi təqdirdə turnir cədvəlindəki hazırkı mövqeyini yaxşılaşdıraraq 4-cü pilləyə yüksələcək. Ən yaxın qonşusu ilə 4 xal fərqi olan AZAL isə qələbə sayəsində yalnız «Sumqayıt»a yaxınlaşacaq.

Komandalar bu günədək ölkə çempionatlarında 5 oyun keçiriblər. Bu görüşlərin 3-ü «Zirə»nin, 1-i isə AZAL-ın qələbəsi ilə başa çatıb. Bir oyunda isə bərabərlik qeydə alınıb. Tərəflərin görüşündə meydan sahibi olan komanda indiyədək məğlub olmayıb. Son 3 matçda hər iki klub qol vurub.

Sabah, yəni turun son oyun günündə iki görüş olacaq. «Sumqayıt» «Qəbələ»ni, «Neftçi» isə «Qarabağ»ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası, IX tur

24 oktyabr

16:00. AZAL - «Zirə»

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. «AZAL Arena»

Qeyd edək ki, turun açılış oyununda «Kəpəz» və «İnter» komandaları qarşılaşıb. Gəncədə baş tutmuş görüşdə hesab açılmayıb.