vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
23:54 | 7 mart 2018 | Çərşənbə Məqaləyə 3295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qriqorçukun, yoxsa «Qəbələ»nin nöqsanı?

«Çox eşitmişəm və burda o haqda çox danışılır»

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının mərkəzindən, gözəlliyindən, özünə yaradılan şəraitdən həvəslə danışır. Burada əla münasibət gördüyündən bəhs edir.

«Ailəlikcə bəyənirik. Şəhər həm gözəl, həm də həyat üçün komfortludu. Getməli-gəzməli yerləri az deyil... Mərkəzdə çox az halda gəzirik. Ayda 1-2 dəfə. Bu da yalnız o halda olur ki, Ukraynadan bizim doğma, əziz insanlardan kimsə bura qonaq gəlir. Onlara şəhərin mərkəzini, İçərişəhəri göstəririk. Amma mən ən çox dəniz kənarını sevirəm. Buranı elə gözəl düzəldiblər ki... Hamıya bu bulvar haqda danışıram. Başqa heç yerdə belə park görməmişəm. Dənizkənarı parkınız sanki böyük bir sənət əsəridi... Münasibət çox əladı! Söz xatirinə demirəm, faktdı. Azərbaycan və Ukrayna insanının başqalarına isti münasibətində yaxınlıq çoxdu. Mənim Odessada bir qonşum azərbaycanlı idi. Hətta orada da azərbaycanlılar mənə yaxınlaşıb söhbətləşirdilər və deyirdilər ki, Ukraynada onların doğmaları çoxdu. Yəni bizi bir çox mənəvi tellər birləşdirir».

Bu, «Qəbələ»nin baş məşqçisi Roman Qriqorçukun qol.az saytına verdiyi müsahibədən bir hissədi. Tanış sözlərdi, demək olar, bütün əcnəbilərdən oxşar sözlər eşidirik. Yalan da deyil. Qonaqlarımıza o qədər lüks şərait yaradırıq ki, narazılığa əsasları yoxdu. Hətta o qədər qəlbigenişik ki, sərvət qazanmalarına baxmayaraq, onları nəyəsə məcbur da etmirik.

Məsələn, elə «Qəbələ» daha çox paytaxt klubunu xatırladır. Qəbələdə klub rəhbərliyi ən ideal şəraiti yaratsa da, Qriqorçuk öz rahatlığı naminə Bakıda yaşayır, komandanı da burada məskunlaşdırıb, oyundan-oyuna, rəqiblərlə eyni vaxtda bu rayona yollanır. Halbuki 35 min dollarlıq aylıq maaşa işləyən biri Qəbələdə yaşamaq üçün yalvarmalıdı. Lakin o, buna razılaşmır, öz komfortunu düşünür və rayonda 10-a yaxın ideal şəraitli meydança olmasına baxmayaraq, klubu əlavə xərcə salır, paytaxtda stadion, futbolçular üçün mənzillər kirayələdir.

 

- Siz azərbaycanlılar və Bakı haqda xoş sözlər söylədiniz. Xəbərinizin olub-olmadığını bilmirəm, istənilən azərbaycanlı üçün Bakıda müqəddəs sayılan bir yer var. Ora Şəhidlər Xiyabanı adlanır. Nəvaxtsa o xiyabanı ziyarət etmisiniz?

- Ora hardadı ki?

 

- Bakının ən hündür yerində, məşhur «Alov qüllələri» Şəhidlər Xiyabanına yaxın yerləşir. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və Qarabağ uğrunda döyüşlərdə həlak olan insanlar dəfn olunub.

- Yox, olmamışam... Etiraf edirəm ki, olmamışam.

 

- Olmaq istəyərdiniz?

- Şəhidlər Xiyabanı haqda ilk dəfə indi eşidirəm. Mütləq ora ailəmlə baş çəkəcəyəm.

 

- Mən Şəhidlər Xiyabanı barədə sualı niyə verdim? Sizin komandanız «Qəbələ»nin əsas rəqibi «Qarabağ»ın təmsil etdiyi Qarabağ bölgəsi və eyni zamanda Ağdam şəhəri Ermənistan ordusunun işğalı altındadı. Yəqin ki, bundan məlumatlısınız.

- Əlbəttə, çox eşitmişəm və burda o haqda çox danışılır.

 

- Sizin Qarabağ müharibəsi barədə məlumatınız nə qədərdi?

- İndi siz bu haqda bir az danışdınız və çox adamdan da eşitmişəm. Məlumatım yalnız bundan ibarətdi. Mən bu münaqişəyə necə yanaşıram? Ümumiyyətlə, bütün müharibələrə, insan itkilərinə qarşıyam. Eyni zamanda mən onu da bilirəm ki, bir şəxs – həm də əgər o, başqa bir ölkədə yaşayırsa – həmin ölkənin düçar olduğu münaqişə barədə danışmazdan əvvəl bu müharibənin incəliklərini dəqiqliklə bilməlidi. Çünki siyasi və hərbi məsələlər çox ciddidi. Bu haqda danışarkən, təkrar edirəm, gərək yaxşı məlumatın olsun. Təəssüf ki, bu dəqiqə mənim belə ciddi məsələ ilə bağlı danışmağım üçün yetərincə informasiyam yoxdu.

Müsahibədən götürdüyümüz bu hissə «Qəbələ» rəhbərliyi üçün bağışlanmaz nöqsandı. Axı, siz klub rəhbərisiz, boynunuzda əlavə məsuliyyətlər də var. Komanda yaratmaq asandı, klub olmaq, ölkəyə, dövlətçiliyə xidmət etmək lazımdı.

4 ilə yaxındı Azərbaycanda yağ-bal içində yaşayan birinin cavabı bu olmamalıdı. Başqaları bu müddətdə yerli xalqın dilini də öyrənir, Qriqorçuk isə hətta tariximizdən xəbərsizdi. Deməli, o, bizə hörmət etmir, bizə sevgisi də sünidi, yalnız pul qazanmağı düşünür. Klub onu 20 yanvarda, 26 fevralda Şəhidlər Xiyabanına aparsaydı, təbliğati işlər görsəydi, Roman belə danışmazdı. Klubun əvəzinə bu təbliğatı jurnalist həmkarımız Aydın Bağırov aparır.

Qriqorçuk rahatdı, müsahibəsinin sonrakı hissəsində legionerin getdiyi ölkənin dilini mütləq öyrənməli olduğundan bəhs edir, futbolçularımızı bu eyibə görə qınayır. Lakin nə özü, nə də indiyədək gətirdiyi onlarca ukraynalı bunu etməyib. Çox qonaqpərvərik, əcnəbilərə rahat olsun deyə, hətta məşqlərdə ünsiyyəti də rusca qururuq. Hər şey başqaları üçün...