vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
11:37 | 10 sentyabr 2017 | Bazar Məqaləyə 3103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizim çatışmazlıq idi»

Roman Qriqorçuk: ««Zirə» çox yaxşı müdafiə olunurdu»

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasının 4-cü turunun «Qəbələ» - «Zirə» (1:1) oyunundan sonra «qırmızı-qaralar»ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis heç-heçəni belə şərh edib:

«Birinci hissədə yaxşı oynamadıq. Buna səbəb ilk dəqiqələrdən düz yerdə, təzyiq olmadan top itkiləri ilə üzləşməyimiz idi. Topu çox itirmək psixoloji cəhətdən də təsir edir. Sürətli əks-hücum etməyi bacaran komanda ilə görüşdə belə top itkiləri təhlükəlidi. «Zirə»nin də heyətində sürətli, əks-hücum etməyi bacaran oyunçular var. «Zirə» çox yaxşı, təşkilatlanmış şəkildə və böyük qüvvə ilə müdafiə olundu. Bəzi oyunçular heç irəli də getmirdi, bizə hücumların təşkili üçün boşluq vermirdilər. Bu da komandamıza çətinlik yaradırdı. Belə vəziyyətdə ilk növbədə hücumçular təkbətək mübarizələrdə rəqibi keçməlidi. Cinahlardan da ötürmələr faydalı ola bilər. Bu gün belə ötürmələrimiz alınmırdı. Həm də iki məcburi əvəzləmə etməli olduq. Matçın ilk 10 dəqiqəsində orta, hətta yaxın məsafədən zərbə vurmaq imkanlarımız olsa da, bunu etmədik. Fasilədə də bu barədə danışdıq. Rəqib 5 müdafiəçi ilə, sıx oynayanda belə zərbələr effektli olur. Amma ikinci hissədə belə imkanlar yaranmadı ki, zərbə endirək. Bu da bizim çatışmazlıq idi. «Zirə» çox yaxşı müdafiə olunurdu. Hücumlarımızın sonluğunda kəsər yox idi. Zərbələr, təkbətək mübarizədə keçmək və cinah ötürmələri belə müdafiəni yarmaq üçün vasitələrdi. Lakin biz bunlardan effektli yararlana bilmədik».