vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
20:52 | 3 yanvar 2018 | Çərşənbə Məqaləyə 3260 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təmkinli sürpriz

Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq

CAVAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hamının başı transferlərə qarışıb, futbol yaddan çıxıb. Sabahdan etibarən ölkə klubları yenidən fəal iş rejiminə qayıdacaq.

Hələlik klublar təmizləmə işləri ilə məşğuldur. Hamı heyətdəki artıq oyunçuları yola salır, şans qazanmayanlara özünə yeni iş yeri tapmağı məsləhət görür. Elələri də var ki, mövsümün qalan hissəsini başqa yerdə, icarədə keçirməlidir.

Ekiqo Ehiosun, Roman Hüseynov, Aqil Məmmədov, Tellur Mütəllimov, Endi Hallideylə vidalaşan «Qəbələ», Murad Səttarlı, David Manqa, Nicat Qurbanov, Qabriel Matey, Təmkin Xəlilzadəni itirən «Zirə», Pavel Dreksa, Fəhmin Muradbəyli, Rahil Məmmədov, Maksim Vaylo, Təyyar Məmmədov, Məqsəd İsayev, Edson Kastilyo və Aqşin Qurbanlını yola salan «Neftçi», Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telles, Amit Quluzadə,Yamin Ağakərimzadə, Tanrıverdi Məhərrəmli ilə yolları ayıran «Səbail», Elnur Abdullayev, İlkin Qırtımov, Nizami Hacıyev, Mirhüseyn Seyidov, Samir Zərgərov, Mirsahib Abbasova qapını göstərən «Keşlə», Samba Diallo, Mansur Aladji və Viktor Oseqeyllə davam etmək istəməyən «Kəpəz» indi onların yerini doldurmalıdır.

Bu futbolçulardan bəziləri artıq başqa klubların düşərgəsindədi. Lakin əksəriyyət Premyer Liqa ilə vidalaşıb – legionerlər vətənlərinə, bəzi yerlilər isə divizion klublarına yollanıb. Yerli futbolçu qıtlığı üzündən klublar əcnəbi alışına məcburdur. Yəqin ki, qarşıdakı həftələrdə yeni legionerlər barədə ilkin informasiyalar alacağıq.

Maliyyə çətinliyi üzündən, həm də qış transfer dövrü uyğun zaman olmadığından yəqin ki, səs-küylü keçidlərə şahid olmayacağıq. Amma «Qəbələ» və «Neftçi» sanballı keçidləri həll etməyə məhkumdur. «Qarabağ» isə heyətdə olan aparıcı legionerlərdən hansınısa yaxşı qiymətə satacağı halda, onun yerini doldurmağa çalışacaq. Bu baxımdan Dino Ndlovunun Çinə gedişi gündəmdədir və asiyalılar ağdamlıların istədiyi məbləği (700 min avrodan az olmayaraq – müəl.) verəcəyi halda transfer reallaşacaq.

Yerli bazarda bəlkə də qışın ən böyük transferi reallaşıb. Heç kimin gözləmədiyi halda, «Zirə»ni «Qəbələ»yə dəyişən Təmkin Xəlilzadə 2017-nin son akkordunu vurdu.

Maraqlıdı ki, bu transferdən hamı razı qaldı. «Qəbələ» yaxşı oyunçu əldə etdiyinə, futbolçu daha yaxşı şərtlərlə müqavilə imzaladığına, «Zirə» isə keçiddən qazandığına görə məmnundu. Lakin hamı müdafiəçinin «Qarabağ»a gedəcəyini gözlədiyi halda, onun əyalət klubuna üz tutması ilin sürprizidi.

Təmkinin Qəbələyə yollanması müxtəlif söhbətlərə yol açdı. Onun baş məşqçi Ayxan Abbasovla, eləcə də «Zirə» rəhbərliyi ilə dalaşması haqda şayiələr gəzirdi. Əslində, futbolçu sırf maliyyə şərtlərini düşünüb və cinah oyunçusu axtaran «Qəbələ» vaxtında məsələdən duyuq düşərək, operativ hərəkət edib, transferi 2-3 günün içində bitiriblər. Xəlilzadə müəyyən səbəblər üzündən «Qarabağ»a getməyəcəyini bildiyindən, bu klubdan dəvəti gözləməyib və çempionluğa digər namizədin düşərgəsinə yollanıb.

Bu, «Zirə» üçün ciddi itkidir. Lakin İbrahim Aslanlı, Elşən Abdullayev, Tellur Mütəllimov və Mirsahib Abbasovun transferini həll edən qəsəbə klubu itkilərin yerini qismən doldurub. Xüsusilə Təmkinin keçidinin qarşılığında pulla yanaşı götürülən Telluru klubun qazancı saymaq olar.

«Transfer pəncərəsi»nin bağlanmasına hələ çox var. Bu səbəbdən yenə hansısa sürpriz keçid mümkündür. Lakin Təmkinin keçidini unutduracaq yerdəyişmə gözlənilmir. Ümid qalır legioner transferinə...