vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
19:49 | 8 oktyabr 2018 | Bazar ertəsi Məqaləyə 4524 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

8-ci reydlə irəli...

... Yaxud qalib gəlmək mümkün idimi?!

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qarabağ”-“Arsenal” oyununa saatlar qala, qarşılaşmaya bilet almadığıma görə təəsüflənməyə başlayırdım ki, telefonumun zəngi dalağımı xoş mənada gizildətdi.

Zənnimdə və gümanımda yanılmamışdım. Dostum oyuna bilet əldə etdiyini və dəvətli olduğumu muştuluqladı.

Beləliklə, 9-un yarısı Qara Qarayev metrostansiyası yanında, Bakı Olimpiya Stadionuna artıq 8-ci reydinə çıxan deyingən taksi sürücüsüylə sövdələşib üzü meydançaya istiqamətləndik.

Oyuna onca dəqiqə gecikib, vurulan ilk qolu qaçırsaq da, kifayət qədər maraqlı və keyfiyyətli oyun izlədik.

Əvvəlcədən deyim ki, keçən il daha məzmunlu görünən “Qarabağ”ın oyununda aşkar geriləmə göz qabağında idi. Fəqət, biz gələcəyə nikbin baxırdıq.

Bəli, son turlara nəzər yetirdikdə, beynəlxalq arenadakı ölkə birinciliklərində və Çempionlar Liqasının son turlarında baş tutan gözlənilməz nəticələr gözümüzdən qaçmamışdı.

Artıq dünya futbolunda, klublar arasındakı qüvvələr fərqinin sıxıldığını, kiçilib, azalaraq görünməz olduğunu müşahidə edirik. Qüvvələrin, güclərin sürətlə bərabərləşməsi prosesi gedir.

İndi sıradan, adsız-sansız istənilən klub, nəhənglərlə başa-baş yarışmaya girə, avtoritetlərdən, brend klublardan xal qoparda bilir.

Futbol oyunu onsuz da qeyri-adiliklərlə dolu bir oyundur. İndiki vəziyyət isə onu daha da gözlənilməz edir.

Bir gün əvvəl baş tutan oyunlar da bunu sübut edirdi.  Kral klubu “Real” Rusiyanın ordu idman klubuna uduzması, “Bavariya”nın isə, “Ayaks”ın daha yaxşı göründüyü oyunda heç-heçə ilə kifayətlənməsi, bizi də yaxşı nəticəyə ümidləndirirdi.

Lakin oyun,  “Qarbağ”dakı bəzi xoşagəlməz məqamları aşkara çıxardı:

Komandanın mübarizə gücü yalnız bir hissəyə kifayət edir.

İnadkarlıq yox dərəcəsində, mübarizə əzmi aşağı, pressinq zəifdir.

Hücum dişsiz, müdafiə xətti etibarsız, transfer siyasəti yararsız görünür. Oyunçular yorğundur.

Bəs  problem nədədir?

Əvvəla, ölkə çempionatında mübarizə, rəqabət yox dərəcəsindədir. Klubların maliyyə vəziyyəti və güc səviyyəsi stabil deyil.

İkincisi, Qurban Qurbanovun “bir əldə iki qarpız” məntiqi ilə həm yığmaya, həm də Qarabağa rəhbərlik etməsi müasir futbol adına ən səhv addımdır.

Bu taktika vaxtı ilə, keçmiş Sovetlər birliyində uğur qazanmışdı. Belə ki,  SSRİ yığmasında əsasən, Kiyev “Dinamo”çuları mütləq əksəriyyəti təşkil edirdilər. Bu klubun əfsanəvi baş məşqçisi Valeri Lobanovski həm də yığmaya rəhbərlik edirdi.

Bizim variantda isə, bu üsul tamamilə yararsızdır, işlək deyil və müasir futbolun tələblərinə cavab vermir.

İndi dünyada, bu cür geridə qalmış taktika ilə işləyən ölkə yoxdur.

Bu yanlışı aradan qaldırmaq və Qurbanovu “iki yoldan birini seç” prinsipi ilə yalnız bir vəzifədə saxlamaq lazımdır.

Buna görə də, keçən il “Atletiko” Madridlə başabaş mübarizə aparan “Qarabağ”, indi “Sportinq” və “Arsenal” qarşısında zəif və aciz görünür.

Üstəlik də, daxili çempionatın azarkeşsiz, sönük, rəqabətsiz oyunlarından sonra, klubun beynəlxalq əhəmiyyətli vacib oyunlara köklənməsi uğursuz alınır.

Vüsal BAĞIRLI


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)