vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
12:23 | 28 avqust 2018 | Çərşənbə axşamı Məqaləyə 4698 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azarkeş və futbolçu problemi

11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünənki “Qarabağ” – “Neftçi”, bir həftə əvvəl isə “Neftçi” – “Qəbələ” oyunlarında əsl futbol adına nəsə görmək mümkün olsa da, çempionatımızda məyusluq doğuran hallar durmadan davam etməkdədir. Bu mövsümün ilk üç turunda keçirilən 11 oyunu stadionda izləyən toplam azarkeş sayına fikir verin: cəmi 8700.

***


Bu, bir neçə il əvvəl Lənkərandakı mühüm oyunların təkcə birində tribunaları dolduran fanatların yarısı qədərdi. Ya da gərək ki, ötən il Gəncədə “Kəpəz”lə “Qarabağ” arasında keçirilən oyuna gələn azarkeş sayından xeyli azdı.

Bundan sonra həmin “Kəpəz” AFFA və PFL-dən başqa kimsəyə lazım olmayan birinci divizion adlı yarışda əvəzedici heyətlərlə qarşılaşmalı olacaq. Normalda bu turniri birinci divizion adlandırmağın özündə belə məntiq yoxdu. Çünki 14 komandadan düz 7-si yüksək liqadakı klubların əvəzedici heyətləridi. Əslində yarışın səviyyəsinə ən yaxşı qiyməti zamanında mənası olmayan bu perspektivsiz turnirdən imtina etməklə “Qəbələ” verdi. Sən stadion və baza qur, lazımsız oyunlara görə yüzminlərlə pul xərclə, axırda da AFFA öyünsün ki, “birinci divizionda futbolu inkişaf etdirirəm”.

Normal futbol ökələrində birinci divizion vacib yarış sayılır, futbolun populyarlığına, inkişafına xidmət edir, intiriqa olur, qalib yüksək liqaya yüksəlir. Bizim futbolda isə o qədər anormal durumdur ki, artıq son neçə ildə divizionun çempionu Premyer Liqaya buraxılmır. AFFA həmin çempion klubların pullarının olmadığını iddia və bəhanə edir, amma şəxsi münasibətlər, dost-tanışlıq önə çıxanda birinci divizionda 5, ya 6-cı yeri tutan Bakı qeydiyyatında olan bir ilin komandası “Sabah”, ondan əvvəlki ilsə “Səbail”ə pul ayırır və Premyer Liqaya buraxır. O komandaların da ev oyunlarına maraq o qədər az olur ki, stadiona 300-400 adam gələ, ya gəlməyə. “Səbail”in Bakıda məskunlaşmaqla nə qədər uğursuz layihə olduğunu ötən il gördük. “Sabah”ın da həmin aqibətlə üzləşmək ehtimalı xeyli yüksəkdi.

AFFA bu komandalara istədiyi pulu buraxa bilər, amma onlar Bakıda oynamalı deyil, bölgələrdən birini təmsil etməlidi. Ya da hazırda bölgələri təmsil edən köklü klublar niyə neçə illərdi birinci divizionda oynamalı, gözdən uzaq qalmalıdı? Axı, təsdiq olunub ki, azarkeşlərin, futbol adamlarının ürək yanğısıyla “Bakı çempionatı” adlandırdıqları 8 komandalı bu Azərbaycan çempionatı bizim futbola zərərdən başqa heç nə vermir.

AFFA-nın özünə yaxın komandaları paytaxt təmsilçisi kimi yüksək liqaya buraxması, bölgələrin isə aşağı liqalarda gün keçirməsi bizim futbola hansı zərbəni vurur? Bu sualın cavabı milli komandamızın sabiq üzvü Nadir Nəbiyevin bu ilin aprelində Qol.az-a verdiyi müsahibədə də gizlənir. Hazırda doğma Tovuzu “Turan”da icraçı direktor işləyən Nəbiyev gələcəkdə bizi gözləyən problemə toxunmuşdu: “Ötən il “Turan” birinci divizionda çempion olanda yerli uşaqlarda futbola maraq o qədər artmışdı ki, valideynlər özləri övladlarını gətirirdilər. Amma komandanın yüksək liqaya buraxılmayacağı dəqiqləşəndən sonra Tovuzda aşağı yaş qruplarında oynatmağa uşaq tapmırıq. Seçim etmək üçün məktəblərə gedirik, valideynlər uşaqlarını futbola buraxmır. Deyirlər ki, futbolda pul yoxdur”.

Görünən acı həqiqət budu ki, bölgələrdə futbolun tamamilə məhv olmağa doğru getməsi təkcə yüksək liqada tribunaların boş qalmasına gətirib çıxarmır, həm də yaxın gələcəkdə ölkədə ciddi futbolçu qıtlığının yaranmasına möhkəm təkan verir. Şübhə yoxdur ki, təkcə Tovuzda deyil, Azərbaycanın digər şəhər və rayonlarında da valideynlərin və uşaqların futbola marağının kəskin azalması prosesi başlayıb. Və bunun başlıca səbəbi Premyer Liqada 8 komandalı limitin tətbiqi, bölgə klubları qarşısında çox vaxt süni problemlərin yaradılmasıdır. Bu problem davam etdikcə isə stadionlarımıza gələn azarkeşlərin sayı günbəgün azalmağa doğru gedəcək, bizim klublar da, milli də beynəlxalq yarışlarda uğursuz çıxışı davam etdirəcək, bu gün üzdə olan 3-4 normal oyunçumuzu sabah əvəz edəcək futbolçu tapılmayacaq.

Bu problemin həllinin açarı isə yerli çempionatda ildə yalnız 1-2 dəfə rast gəldiyimiz səviyyəli oyunlarda deyil.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)