“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qarabağ” niyə uduzdu?
Çox danışmışıq, demişik, milyon dəfə təkrarlamışıq, amma ...
-
Əsas qələbə deyil, iştirakdır
AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır
-
Məğlub ediləcək “Malmö”
Gücləri yetərincədir, civə kimidirlər
-
Əzmkarlıq, dirəniş
Bu parlaq qələbəni azərbaycanlı qazandı…
-
“Playoff” səviyyəli oyun
Ağdamlılar “Sabah”da xal itirdi
-
“Qarabağ”a dişsiz rəqib
Ağdamlılar qış transferində transfer edəcəkmi?
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Qarabağ”ın həlledici oyunu
Ağdamlılara qələbə lazımdır
-
“Keçmişə qayıtmaq istəmirik”
Qurban Qurbanov: “Son oyunun mahiyyətini bilirik”
-
“Qarabağ”ın başının altındakı yastıq kimindir?
... Yaxud uğuru münasibətlərinə QURBAN edənlər
-
Azərbaycan yerini qorudu
“Qarabağ” heç-heçəsi nə qədər xal qazandırıb?
-
“Qarabağ” tarixinin ən güclüsü
“Bircə ona pis oluram ki, “Qarabağ” “Olimpiakos”a az qol vurdu”
-
Odissey Qurbanov ...
... Yaxud “Qarabağ”ın Troya atı
-
“Qarabağ”a ayı xidməti
... Yaxud yarımfabrikat çempionatımızın “Sabah”ı
-
Yetim uşaq kimi tək qalan “Qarabağ”
Qurbanov bütün ölkənin yükünü nə vaxta qədər daşıyacaq?
-
Resurs məsələsi
“Qarabağ” indi əsl müdrik bir qocadır
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubunu 3:0 hesabıyla məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib.
Vaxt.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı media nümayəndələri ilə görüşdə bunları deyib:
- Futbolçularımı təbrik etmək istəyirəm. Sona kimi mübarizə apardılar. Stress həddindən artıq çox idi. İstədiyimiz oyunu sərgilədik. Azarkeşlərimiz çox möhtəşəm idilər. Rəqib haqda danışmağa ehtiyac yoxdur. Onlara uğurlar arzu edirəm.
- Yeni futbolçular komandaya tam uyğunlaşıbmı?
- Yavaş-yavaş daha yaxşı oyun sərgiləyəcəyik. Hər məşqçi daha çox istəyir. Daha yaxşı futbolçular görmək istəyir. Komandamın oyunundan razıyam. Bu gün sərgilədikləri oyundan zövq aldım.
- Sizcə, futbolçular psixoloji cəhətdən çox yorulub, yoxsa fiziki cəhətdən?
- Psixoloji yorğunluq fiziki yorğunluğa da təsir edir. Sıxıntı varsa, futbolçularda fiziki yorğunluq da hiss olunur. Bu, normal bir haldır.
- “Qarabağ”dan hansısa transferlər gözlənilirmi?
- Yeni transferlər istəyirəm. Araz iki gündür bizdə fərdi şəkildə məşq edir. Klubları ilə razılıq əldə edilsə, onu transfer edəcəyik.
- Komandaya və sizə edilən təzyiqlərə cavab olaraq, azarkeşlərə nəsə müraciətiniz varmı?
- Yazılanları oxuyuram. Tənqidsiz yaşamaq olmaz. Sadəcə, bəzən belə oyunlardan əvvəl daha çox təzyiqlər edilir. Azarkeşlərə narazılığımı bildirə bilmərəm. Çünki onlar illərdi bizimlədir. Bizi stadionda tək qoymurlar. Onlara heç bir etirazım yoxdur. Futbolu onlar üçün oynayırıq.
- Sanki bu qələbə daha çox sizi sevindirdi…
- Qələbə çox vacib idi. Həmişə qazanmaq istəmişik. Nə qədər belə uğurlarımız çox olsa, futbolumuz daha çox inkişaf edər.
- Qrup mərhələsindəki oyunlar Olimpiya stadionunda keçirilə bilərmi?
- Hələ ki, burada oynayacağıq. Hər hansı bir təklif olsa, düşünərik.
- Qrup mərhələsində hansı rəqibləri istəməzdiz?
- Asan rəqib yoxdur. Bunun bizim üçün əhəmiyyəti yoxdur. Çalışacağıq ki, uğurlu nəticələr əldə edək.
- "Astana" ilə bir qrupa düşmək sizin üçün maraqlı olarmı?
- Kim bizim üçün faydalıdırsa, onlar düşsün. Belə bir fikir bildirmək istəmirəm.
- Gərgin qrafiklə işləməyinizə baxmayaraq, bu gün də oturmadınız. Qurban Qurbanov bu enerjini hardan alır?
- Mənə iki komanda həvalə olunub. Son vaxtlar evdə çox olmuram. Buna görə uşaqlar da küsür. Lakin bu, mənim işimdi. Çalışırıq ki yaxşı nəticələr əldə edək.
- Keçən ilki “Şerif” daha çox çətinlik yaratmışdı yoxsa bu ilki?
- Sadəcə, sistem fərqi var idi. Hər iki oyun çətin olmuşdu.
- Dani və Miçel qrup mərhələsinin oyunlarına hazır olacaqmı?
- Dani 1 ay sonra oynaya bilər. Düşünürəm ki, hazır olacaq. Miçel də istirahətdən sonra komandaya qoşulacaq. (komanda.az)