

100 yaşını qeyd edən komanda 2022-yə xüsusi yanaşır
Ağdamlıların bəxtinin gətirdiyini söyləmək olmaz, amma ...
Musayev gəncliyinə baxmayaraq, çox güclü mütəxəssis olduğunu sübut etdi
Buna ancaq təəccüblənmək və təşəkkür etmək lazımdır
Bugünkü oyunda nə gözləyək?
Bəs 9 milyonçudan neçəsi yerlidir?
Samir Abasov: “Əsas hədəfimiz Avroliqaya qatılmaqdı”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
... Yaxud ofsayda düşən “CBC Sport”
Keçmiş FİFA referisi həmkarı Həmzəzadədən narazı qalıb
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
Yeni transferlə, yeni hücumçu ilə...
Reynaldonun etirafı: “... Bəzi səhvlərim oldu”
“Bir klubdan daha böyük...”, yoxsa ...
... Yaxud qalib gəlmək mümkün idimi?!
“Qarabağ” Qarası təklif gözləyir ...
“Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni etməyə çalışacağıq”. Bunu Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” klubuna qarşı səfər oyun öncəsi mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib.
Baş məşqçi həmçinin bildirib ki: “Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq. Ötənilki “Şerif”lə builki arasında böyük fərq var. Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq.
Emeqaranın olmaması bizim üçün itkidir. Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də bəzi problemlər var. Amma buna baxmayaraq oyuna hazırlaşmışıq”.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində baş tutacaq “Şerif” (Moldova) - “Qarabağ” qarşılaşması avqustun 23-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Tiraspolda baş tutacaq görüşü avstriyalı hakimlər briqadası idarə edəcək. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcəklər.
Oyunun hakim inspektoru funksiyasını ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaine olacaqlar.