Erməni futbolçu Azərbaycana gələ bilər
“Proqres”in qol ümidi “Qəbələyə” qarşı oynayacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sabah”ın gələcəyi parlaqdır
Musayev gəncliyinə baxmayaraq, çox güclü mütəxəssis olduğunu sübut etdi
-
8-i “Qarabağ”lı, 1-i “Qəbələ”li
Bəs 9 milyonçudan neçəsi yerlidir?
-
“Yaranandan üst pillələrdə olmuşuq”
Samir Abasov: “Əsas hədəfimiz Avroliqaya qatılmaqdı”
-
Stuxlik niyə gəlib?
Bayraq saymağa gəlib, yoxsa hakim hazırlamağa …
-
“Toplanışdan yaxşı faydalandıq”
Qurbanov 3-2 hesablı qələbədən razı qalıb
-
Qriqorçukun, yoxsa «Qəbələ»nin nöqsanı?
«Çox eşitmişəm və burda o haqda çox danışılır»
-
Futbol klubları niyə dağılır?
İşsiz futbolçuların acınacaqlı sonluğu
-
«Zirə» tilsimi qırdı (VİDEO)
«İnter» isə sensasiyaya imkan vermədi
-
AZAL-Zirə qarşılaşması
Bu gün Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunu keçiriləcək
-
Lüksemburqun “Proqres” klubunun tərkibində Azərbaycana erməni futbolçu gələ bilər. Söhbət Gürcüstanın paytaxtı Tbilisidə doğulmuş Aleksandr Karapetyandan gedir. O, Avropa Liqasında “Qəbələ”yə qarşı oynaya bilər.
“Proqres”in 87 nömrəli futbolçusu nə Ermənistan, nə də Gürcüstan klublarında çıxış edib. Karapetyan daha çox Almaniyanın aşağı dəstə klublarında və Lüksemburqda karyera qurub.
Onun 2014-cü ildə Ermənistan millisinin formasında iki oyuna çıxdığını da qeyd etməliyik. Deməli, bu futbolçunun Ermənistan vətəndaşlığı da var.
Aleksandr Karapetyan ötən mövsüm “Proqres”in heyətində 23 oyun keçirib və 29 qola imza atıb. Komandasının əsas qol ümidi olduğunu nəzərə alsaq, Karapetyanın Bakıya gələcəyi real görünür.
Qeyd edək ki, bu artıq “Qəbələ” ilə bağlı yaranmış ikinci belə bir hadisədir. 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində hazırda İngiltərənin “Arsenal” klubunda top qovan Ermənistan millisinin futbolçusu Henrix Mxitaryan Bakıya gələ bilərdi. Lakin Dortmund “Borusiya”sı onu siyasi səbəblərə görə gətirməmiş və futbolçunun zədəsi olduğunu bildirmişdi. (oxu.az)