vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
17:43 | 15 may 2022 | Bazar Məqaləyə 2264 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sabah”ın gələcəyi parlaqdır

Musayev gəncliyinə baxmayaraq, çox güclü mütəxəssis olduğunu sübut etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il ölkəni avrokuboklarda “Qarabağ”, “Neftçi”, “Zirə” və “Qəbələ” təmsil edəcək. Sonuncunun bu hüququ əldə etməsi prosesinin bu tura qədər uzanması gözlənilməz oldu. Ən azı mənim üçün.

“Qəbələ” bir neçə turu çıxmaq şərtilə mövsümboyu yaxşı oyun nümayiş etdirdi və haqlı şəkildə də istəyinə nail oldu. Bu nəticə klubun gələcəyinin sual altına düşməsinin qarşısını müvəqqəti də olsa, aldı. Buna sevinmək olar. “Sabah” isə...

Əminəm ki, “Sabah” avrokuboka çıxsaydı, bizim bir yox, iki klubumuzu qrupda görmək şansımız daha çox olacaqdı. Təbii ki, “Qəbələ” çoxdanın döyüşçüsüdür və həmişə kiçik büdcə ilə böyük uğurları qazanıb, bu dəfə də buna cəhd edəcək. Amma “Sabah” daha imkanlıdır və daha çox büdcə ilə daha yaxşı heyət yığaraq daha iddialı olacaqdı. Olmadı. Mövsümün əvvəlində yol verilən səhvlər öz “effekt”ini indi verdi.

Mən ən çox Murad Musayevə görə üzüldüm. Adam gənc olmasına baxmayaraq, çox güclü mütəxəssis olduğunu sübut etdi və avrokuboklara vəsiqə olsaydı, bu onun işinə yaxşı bir bonus olacaqdı. O da olmadı. Eybi yox. Növbəti mövsüm Premyer-Liqaya daha yaxşı hazırlaşmaq üçün imkanı və vaxtı daha çox olacaq. “Qarabağ”ın əsas rəqibi gələn il “Neftçi” deyil, Musayevli “Sabah”dır. Necə deyərlər, yazın bir qırağa.

Əcnəbi olacaqsa, məhz Musayevi millinin sükanı arxasında görmək istədiyimi demişəm, yenə də təkrarlayım.