700 min manatlıq maxinasiya
«Leyla Şıxlinskaya»nın işçiləri məhkəmə qarşısında: baş mühasib və digərləri...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şıxlinskayanın qisası
«Banuçiçək»dən quldar davranış, «Əsmər»in qara kassası, «Gülçöhrə»yə çatan gizli milyonlar və dul «Zeynəb»in intiqamı
-
«Banuçiçək»in adı mənzil qalmaqalında
Moskvada 4.2 milyon dollarlıq mənzil Leyla Şıxlinskayanın adına saxta yolla necə rəsmiləşdirilib...
-
Xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi «Leyla Şıxlinskaya» klinikasının böyük məbləğdə mənimsəmədə ittiham olunan işçilərinin məhkəməsi başlayır.
Virtualaz.org xəbər verir ki, onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Cinayət işinin materialları artıq məhkəməyə göndərilib, yaxın günlərdə hazırlıq iclası keçiriləcək.
Təqsirləndirilənlərin sayı 6 nəfərdir, onların arasında klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova da var. Onlara Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.
Keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb. virtualaz.org klinikanın keçmiş işçilərinin cinayət işinə dair təfərrüatları növbəti buraxılışlarında dərc edəcək.