«Banuçiçək»in adı mənzil qalmaqalında
Moskvada 4.2 milyon dollarlıq mənzil Leyla Şıxlinskayanın adına saxta yolla necə rəsmiləşdirilib...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Rusiyada «Rosreyestr»in səlahiyyətli şəxsləri polisə müraciət edərək Moskvanın mərkəzində, elit yaşayış binasında iki mənzilin məlumatların saxtalaşdırılması və dələduzluq yolu ilə başqalarının adına necə rəsmiləşdirilməsini araşdırmağı tələb edir.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu ərizə ilə «Rosreyestr»in Moskva şəhəri üzrə idarəsi polisə müraciət edib.
Məmurlar müəyyən ediblər ki, Petrovka küçəsində, ən bahalı daşınmaz əmlakın yerləşdiyi ərazidə ümumi dəyəri 8 milyon dollardan çox olan iki elit mənzil dələduzluq yolu ilə mənimsənilib. Bu mənzillərdən birinin sahibi isə qəribə şəkildə Azərbaycanın xalq artisti Leyla Şıxlinskaya, yaxud ad və soyadı onunla eynilik təşkil edən şəxs olub. Həmin mənzillər Petrovka küçəsindəki elit yaşayış binasının sonuncu mərtəbəsində yerləşir.
Müəyyən olunub ki, ümumi dəyəri 500 milyon rubl olan həmin iki mənzil son illərdə saxta sənədlərin köməyi ilə bir neçə şəxsin adına keçirilib. Belə ki, 336 kvadratmetrlik, dəyəri 250 milyon rubla yaxın olan birinci mənzil hansısa Abdulvaris M. adlı şəxsin adına keçirilib. Onunla qonşu olan və yenə də dəyəri 250 milyon rubldan çox (4.2 milyon dollara yaxın), sahəsi 400 kvadratmetr olan digər mənzil isə Şıxlinskaya Leyla Fərrux qızının adına rəsmiləşdirilib.
Life.ru bildirir ki, bu məsələ ilə bağlı Azərbaycanın xalq artisti Leyla Şıxlinskaya ilə əlaqə saxlamaq mümkün olmayıb. Nəticədə ad, soyada görə onunla eynilik təşkil edən şəxsin Moskvanın mərkəzində milyonlarla dollarlıq mənzilə saxta sənədlərin köməyi ilə necə sahib olduğunu aydınlaşdırmaq mümkün olmayıb . Ancaq sayt qeyd edir ki, mənzillərin əvvəlki sahibləri onlara dəyən zərərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyiblər. Əgər bu sövdələşmə qanunsuz hesab edilsə mənzillər dövlətin xeyrinə müsadirə olunacaq.
Qeyd edək ki, Azərbaycanın xalq artisti, kino aktrisası, baletmeyster və xoreoqraf Leyla Fərrux qızı Şıxlinskayanın Bakıda eyni adli klinikası fəaliyyət göstərir.