Qənirə Paşayeva erməni deputatın cavabını verdi
«1 milyon azərbaycanlı məcburi köçkünün öz evinə dönə bilməməsinə baxmayaraq Azərbaycanda minlərlə erməni kökənli insanlar yaşayır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Qiymətlərə yenidən baxılmalıdır”
Millət vəkili dərmanlar baha olmasından şikayətçidir
-
AŞPA-da maliyyə şantajı
Rusiya beynəlxalq qurumun sıralarına necə qayıtdı?
-
“Gözəlləşdikcə xasiyyəti dözülməz olur”
Səməd Seyidovdan AŞPA-dakı millət vəkili haqqında şok sözlər
-
Səməd Seyidov yenidən vitse-prezidenti seçildi
AŞPA-nın Monitorinq Komitəsində isə azərbaycanlı millət vəkilin yerinə təyinat olub
-
«Yaqland girova çevrilib»
Ukrayna Avropa Şurasının Rusiyaya güzəştə gedə biləcəyindən narahatdır
-
«Yaqland bu gün var, sabah yoxdur»
Mahmud Məmmədquliyev: «Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideya deyil»
-
«Heç kimə əngəl yaratmırıq»
«Rusiya Azərbaycan-Avropa münasibətlərinin gərginləşməsində maraqlıdır»
-
CHP millət vəkillərindən inanılmaz davranış
Türkiyədə Dəniz Baykalın Azərbaycana qarşı səs verməsinə təəccübləniblər
-
«Məruzəçilər qərəzli idi»
Türkiyə AŞPA-da Azərbaycanı müdafiə etdi
-
Azərbaycan Avropa Şurasından çıxmalıdırmı?
... və əgər çıxarsa, nələr baş verə bilər?
-
«Kimə və nəyə lazımdır?»
Prezidentin köməkçisi: «Bu siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər?»
-
«AŞPA sifariş yerinə yetirir»
Prezidentin köməkçisi: «Artan təzyiqləri Azərbaycana qarşı xüsusi neqativ münasibətdən irəli gələn məsələdir»
-
«Siz ermənilərlə birgə işləyirsiniz»
Səməd Seyidov: «Avropa Şurasının baş katibi nədənsə yalnız Azərbaycanın üstünə düşüb»
-
«Biz niyə Avropa Şurasında qalmışıq?»
Səməd Seyidov: «Hələlik bu sualın cavabını bilmirəm»
-
Deputatlar Strasburqa gedir
AŞPA-nın sessiyası 5 gün davam edəcək
-
«İradənlə tarix yaz»
Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Gəncə Marafonu - 2017» keçirilib
Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Ermənistan nümayəndə heyətinin AŞPA-dakı üzvü Naira Zöhrabyanın AŞPA-nın iclasında Azərbaycan və Azərbaycan prezidenti ilə bağlı səsləndirdiyi yalan, böhtan dolu məlumatlara, guya Azərbaycanda rasizmin, tolerantsızlığın olması barədə çıxışına cavab verib.
ANS PRESS Qənirə Paşayevanın cavabını qısa şəkildə təqdim edir.
«Ermənistanın Xocalıda törətdiyi Soyqırımdan danışan millət vəkili Qənirə Paşayeva «AŞPA bu cür insan haqları pozuntusuna susmamalıdır» deyib.
Millət vəkili Qənirə Paşayeva Assambleyada Azərbaycan və Azərbaycan prezidenti haqqında yalan məlumatlar verən və böhtan dolu çıxış edən Ermənistan nümayəndə heyəti üzvlərinə çıxışı zamanı sərt cavab verib.
Millət vəkili deyib: «Ermənistan nümayəndə heyəti öz ölkəsində rəsmi İrəvandan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməyi tələb edən 1416 saylı AŞPA qətnaməsinin yerinə yetirilməsinə çalışmaqdansa Avropa Şurası millət vəkillərinə doğru olmayan məlumatlar verir, böhtan çıxışlar edirlər. Biz az əvvəl çıxış edən Ermənistan millət vəkili Zöhrabyan Azərbaycanla bağlı, xüsusilə Azərbaycan prezidenti ilə bağlı tamamilə yalanlarla dolu fikirlər səsləndirdi ki, sizin hər biriniz onun yalan olduğunu qısa zamanda araşdıra və görə bilərsiniz. Azərbaycan prezidenti ilə bağlı səslənən bütün məlumatlar yalan, kontekstdən çıxarılmış və böhtan xarakterlidir. Mən sadəcə bir neçə fakt səsləndirək istəyirəm və siz o zaman Ermənistan dövlətinin və onun rəhbərlərinin illərlə apardığı siyasətin, etnik təmizləmə siyasətinin mahiyyətini anlayacaqsınız. Ermənistanın apardığı siyasət, bu ölkədə təhsil və kütləvi informasiya vasitələri ilə siyasətçilərin gənc nəsillərdə Azərbaycanlılara qarşı yaratdıqları rasizm, nifrət və tolerantsızlığın nəticəsi idi ki, 1988-ci ildə Ermənistan dövləti etnik təmizləmə siyasəti apararaq 100 minlərlə azərbaycanlını Ermənistandan, öz ata-baba torpaqlarından zorla, əziyyət verərək qovdu qaçqın həyatı yaşamağa məhkum etdilər. Bundan sonra isə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəhşətli soyqırım həyata keçirdirlər. 1 milyona yaxın azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan AŞPA-nin 1416 saylı qətnaməsinə baxmayaraq onların öz evlərinə dönməsinə imkan vermir. Məncə bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Ermənistan nümayəndə heyəti bu kimi dəhşətli faktlardan danışmaq əvəzinə yalan məlumatlar və böhtanlar danışırlar».
Millət vəkili «Azərbaycanın müxtəlif millətlərə və dinlərə məxsus insanların mehriban yaşadığı bir ölkə olduğunu və bu istiqamətdə bir çox ölkələrə gözəl bir örnək olduğunu və hər zaman beynəlxalq ictimaiyyət tərəfindən bu məsələdə yüksək qiymətləndirilir» deyərək Azərbaycanın bu istiqamətdə apardığı işlərdən danışıb.
«Ermənistan nümayəndə heyətinin dediklərinin yalan olduğunu anlamaq üçün sadəcə bir neçə faktı deyəcəm. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasına, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsinə baxmayaraq bu gün də Azərbaycanda minlərlə erməni kökənli insanlar yaşayır. Siz öz səfəriniz zamanı onlarla görüşə, söhbət edə və onlara qarşı azərbaycanlıların hər hansı mənfi addımlar atmadığını görə bilərsiniz. Amma gəlin baxaq Ermənistanda vəziyyət necədir. Bu gün Ermənistanda azərbaycanlılar yaşamır. Çünki onlar Ermənistanda aparılan etnik təmizləmə nəticəsində tamamilə qovulublar. Öz torpaqlarından qovulan bu insanlar qaçqına çevrildilər. Təəssüf edirəm ki, Ermənistandan olan millət vəkilləri assambleyamıza doğru olmayan məlumatlar verirlər və bununla da gərginliyin daha da artmasına səbəb olurlar və siz onları bu addımlardan, yalanlardan əl çəkməyə çağırmalısınız», - deyə Qənirə Paşayeva bildirib.