vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
14:33 | 18 noyabr 2017 | Şənbə Məqaləyə 2821 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dedi gəl görüşək...»

Telman İsmayılovu Daşkənddə görüblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə sifarişli qətldə ittiham olunaraq barəsində qiyabi həbs qətimkan tədbiri seçilən və beynəlxalq axtarışa verilən keçmiş azərbaycanlı oliqarx-milyarder Telman İsmayılov barəsində axtarış elan ediləndən az əvvəl keçmiş sovet respublikalarından birində görünüb.

Virtualaz.org xəbər verir ki, yəhudi əsilli rusiyalı müğənni Avraam Russo bir neçə gün əvvəl «Birinci kanal»ın «İnsan və qanun» proqramına müsahibəsi zamanı iki həftə əvvəl Telman İsmayılovu təsadüfən Daşkənddə gördüyünü deyib. Bu həmin Russodur ki, T.İsmayılov uzun müddət onun əsas sponsoru olub. Lakin daha sonra onların münasibətləri korlanıb və iddialara görə T.İsmayılov Russonun qətlini sifariş verib. Müğənni ölümdən ancaq killerin əyyaş narkoman olması sayəsində qurtulub, sui-qəsddə yaralanıb.

Avraam Russo bildirib ki, Daşkənddə ad günü ziyafətində Telman İsmayılovla rastlaşıb: «Olduqca gözlənilməz vəziyyət idi. Mən heç ağlıma gətirə bilməzdim ki, onunla rastlaşa bilərəm. Onun ad günündə. O dedi: «Gəl görüşək». Mən yaxınlaşdım, görüşdük, oturub söhbət etdik. Doğrudur, o, hansısa iradlarını da çatdırdı».

Avraam Russo deyir ki, vaxtilə onu Rusiyaya Telman İsmayılov gətirib, 7 il ərzində sponsorluq edib. Lakin daha sonra münasibətləri korlanıb: «Telman İsmayılov elə adamdır ki, ona yox deyiləndə xoşu gəlmir. Digər tərəfdən bizim mentalitetlərimiz fərqlidir».

T.İsmayılov oktyabrın 26-da anadan olub. Bu baxımdan belə çıxır ki, Avraam Russo onu barəsində axtarış elan edilməzdən bir neçə gün əvvəl görüb. T.İsmayılovun barəsində axtarış oktyabrın 30-da elan edilib. Onun indiyədək Türkiyədə olduğu bildirilirdi, lakin son məlumatlara görə barəsində axtarış elan ediləndən sonra Fransaya gedib.