vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BANK, BİRJA, SIĞORTA  
18:46 | 10 noyabr 2017 | Cümə Məqaləyə 3083 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ticarət mərkəzi, boks «armudu»...

Müflis azərbaycanlı oliqarxın əmlakı hərraca çıxarılır...

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Gələn ay dekabrın 7-də müflis azərbaycanlı oliqarx Telman İsmayılovun biznes strukturuna daxil olan «Rusline 2000» MMC adlı şirkətin kredit bocuna görə müsadirə edilmiş əmlakı hərraca çıxarılacaq. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda müflisləşmə barədə Vahid Federal Reyestrin saytında məlumat yerləşdirilb.

Məlumatda deyilir ki, «Rusline 2000»  Moskvanın İzmaylovsk prospektində 20 min kvadratmetrlik ticarət kompleksinin mülkiyyətçisidir. Torpaq sahəsi nəzərə alınmaqla bu ticarət kompleksi «SRG-Consulting» şirkəti tərəfndən 1.83 milyard dollar məbləğində dəyərləndirilib. Ticarət kompleksinin binasından və ona məxsus olan torpaq sahəsindən əlavə hərraca şirkətin digər əmlakı, o cümlədən «Qar adamı» pannosu, 6 metr hündürlüyündə Yeni İl şamı, kompüterlər, boks üçün «armud», qartəmizləyən maşın və s. çıxarılacaq. Hərracda aktivlərin start qiyməti 2 milyard rubl (33.3 milyon dollar) nəzərdə tutulur.

Qanuna görə bu məbləğin 80 faizi əmlakın girov qoyulduğu kreditor bankın (BM-Bank) hesabına köçürüləcək, qalanı isə digər kreditorlara və müflisləşmə prosedurana dair xərclərin ödənilməsinə yönəldiləcək.

«Knight Frank» konsaltinq şirkətinin departament  direktoru Olqa Koçetova hesab edir ki, T.İsmayılovun bu aktivlərinə qoyulan 2 milyard rubl qiymət optimaldır. Çünki həmin ticarət kompleksinin bazar dəyəri təxminən bu qədərdir. Baxmayaraq ki, kompleks icarəçilərlə doludur, stabil aylıq gəlir gətirir. Gözlənilir ki, ticarət kompleksi müxtəlif investorların marağına səbəb olacaq.

İzmayılovodakı ticarət kompleksindən əlavə T.İsmayılovun «Praqa» restoranı və «Tropikana» ticarət mərkəzi də VTB banklar qrupunun girovluğundadır. Həmin aktivlərə qarşı da müflisləşmə ilə əlaqəli prosedur başladılıb. Bank bu aktivlərə cəmi 33 milyon dollar qiymət qoyur. T.İsmayılov isə hesab edir ki, restoranın və ticarət mərkəzinin bazar dəyəri 250 milyon dollardan yuxarıdır.

«Rusline-2000» MMC və T.İsmayılova məxsus Hollandiya şirkəti «Tropicano Finance B.V.»  2012-2014-cü  illər ərzində «BM-Bank»-dan 230 milyon dollar kredit götürüb. T.İsmayılovun cəmi borcları hazırda 1.5 milyard dollardan yuxarıdır. Habelə onun və qardaşlarının barəsində Rusiya hüquq-mühafizə orqanları çoxsaylı sifarişli qətllər, mütəşəkkil cinayətkar qruplaşma yaradılması və digər ağır ittihamlarla istintaq aparır.