vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MƏHKƏMƏ, İSTİNTAQ  
13:39 | 14 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2882 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«AST Telman» Fransadadır

Vəkil: «Onu heç kim heç yerə çağırmayıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvanın Basman rayon məhkəməsi «AST» Şirkətlər qrupunun qurucusu, daha çox bağlanmış «Çerkizov» bazarının sahibi kimi tanınan Telman İsmayılov barəsində qiyabi həbs qərarı verib. Bundan sonra o beynəlxalq axtarışa verilib.

İndi ən çox maraq edilən mövzu T.İsmayılovun harada olmasıdır. T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. «Bu, məhz həbs təhlükəsi ilə bağlı idi» deyən mənbə T.İsmayılovun İsraildə olduğunu iddia edib. Vəkili isə iddia edir ki, müvəkkili heç vaxt gizlənməyib. «Onu heç kim heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib», - deyə, Marina Rusakova bildirib.

Vəkilin sözlərinə görə, T İsmayılov heç bir cinayətdə özünü təqsirli bilmir. Rusiya KİV-i isə yazır ki, T.İsmayılov hazırda Fransada gizlənir.

O, Türkiyənin onu Rusiyaya verə biləcəyindən ehtiyat edərək bu ölkəyə sığındığı deyilir.