vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
10:12 | 29 noyabr 2017 | Çərşənbə Məqaləyə 2810 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Diaspor təşkilatının işini əngəlləyən sirli fiqur(lar)

«ÜAK məsələsində əngəllər törədən, rusun, erməninin dəyirmanına su tökən adamlar var» - Abbas Abbasov və ...?!

Cavid TURAN

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılması zərurətdən irəli gəlir. Moskvanın yeni təşkilatın yaranmasına etiraz etmədiyi anlaşılır. Ermənilərin və digər millətlərin Rusiyada böyük təşkilatı varsa, azərbaycanlılarınkı da olmalıdır. Məncə, Kreml bu zərurəti anlayır».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri mətbuata açıqlamasında bildirdi. Qeyd edək ki, ÜAK-ın sədri mediaya müsahibəsində yeni təşkilatla bağlı hüquqi prosedurlara başlandığını, qurultayınsa gələn ilin əvvəllərində keçiriləcəyini bildirib. Təşkilat rəhbəri təşkilatın yaradılmasına siyasi hakimiyyətin razılıq verdiyi barədə fikirləri təkzib edərək deyib ki, bu, hüquqi məsələdir. E.Şahinoğlu isə bildirdi ki, azərbaycanlıların Rusiyada böyük təşkilatının varlığı Kremlin maraqlarına da cavab verir: «Bu, Moskva-Bakı dialoqunda əlavə alətdir. Rusiya Federasiyasının regionlarındakı Azərbaycan icmalarının rəhbərlərinin yeni təşkilatın yaradılması və ona liderlik etməsi üçün akademik Fazil Qurbanova müraciət etməsi isə onu göstərir ki, icmalar adıçəkilən şəxsə inanırlar.

Hər şeyi Rusiya hakimiyyətinin və erməni lobbisinin üzərinə yıxmaq düzgün deyil, özünütənqid də lazımdır. Sən səhv buraxacaqsansa, bundan düşmənlərin məharətlə istifadə edəcək. Ona görə də Rusiyada azərbaycanlıları bir araya gətirəcək yeni nə təşkilat yaranacaqsa normal fəaliyyət göstərməlidir, qəbul edilən sənədlərə riayət olunmalıdır, Fazil Qurbanovun üzərinə də böyük məsuliyyət düşür. Rusiyada yaşayan azərbaycanlılar Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətindən narazı idilər. Yeni yaranan təşkilat əvvəlkindən ciddi surətdə fərqlənməlidir».

Ancaq ÜAK-ın Rusiya paytaxtı üzrə icraçı direktoru, Azərbaycan mədəniyyətinin dirçəlişi və inkişafı fondunun sədri Şamil Tağıyevin mətbuata dedikləri F.Qurbanovun kəskin reaksiyasına səbəb olub. Diaspor təşkilatının rəhbəri qəzetimiz vasitəsilə Ş.Tağıyevə mesajlarını göndərib: «Yaxşı, onda yazın ki, əgər dediyin kimi, mənə alternativ yoxdursa, onda niyə mənim adımdan danışırsan? Saymamazlıqdır axı bu. Deməli, sən məni saymırsan da. Kim sənə səlahiyyət verib ki, bu təşkilatın adından danışırsan? Mən gəlmişəm bu təşkilatı saxlayım...» F.Qurvanov ad çəkməsə də, bildirib ki, «bu söhbətlər məqsədli şəkildə ortaya atılır». O, «özü də mən bilirəm bunları kimlər edir» desə də, konkret adlar çəkməyib.

Deyilənlərdən belə anlaşılır ki, bu dəfə də Rusiyadakı 70-dən artıq regionu əhatə edəcək yeni təşkilatın təsis olunmasına qarşı gizli qüvvələrin müqaviməti var. Adının çəkilməsini istəməyən mənbələr iddia edir ki, bu prosesdə baş nazirin sabiq birinci müavini Abbas Abbasov və ətrafı aktiv rol oynayır. Mənbəmiz ÜAK ətrafında yaşanan problemlərə A.Abbasovun müdaxilə etməməsini, Rusiya hakimiyyətinə yaxın olan şəxslərlə əlaqəyə girib Azərbaycanın diaspor təşkilatının yaşaması üçün hər hansı fəaliyyət göstərməməsini xatırlatdı. Bildirdi ki, hətta dolayısı ilə A.Abbasova bununla bağlı mesajlar göndərilsə də,  o, bu məsələyə «qarışmamağa» üstünlük verib. Ancaq F.Qurbanova yeni təşkilat yaratmaqla bağlı çoxsaylı müraciətlərin olması əks qüvvələri yenidən hərəkətə gətirib. Bu iddiaların nə dərəcədə doğru olduğunu deyə bilmərik. Təəssüf ki, A.Abbasovla əlaqələrimiz olmadığı üçün onun mövqeyini öyrənmək mümkün deyil.

Politoloq Qabil Hüseynli Azərbaycan xalqının həm daxildə, həm də xaricdə həmrəylik, yekdillik nümayiş etdirə bilmədiyini vurğuladı: «Ermənilər həmrəyliyin hesabına Türkiyəyə meydan oxuyurlar. Biz isə bir-birimizə badalaq gəlməyə adət etmişik. ÜAK məsələsində də əngəllər törədən, rusun, ermənin dəyirmanına su tökən adamlar var. Abbas Abbasov, Söyün Sadıqov və digərləri hamısı ambissiyalı adamlardır. Bunlar Azərbaycanın problemlərinin həllinə kömək etmək əvəzinə, yeni problemlər yaradırlar. Allah belə adamlara insaf versin ki, milli duyğulara, milli qürur hissinə, vətənpərvərlik hissinə malik olsunlar, öz vətənlərini sevsinlər və vətənin marağını qorumaq üçün yaranan təşkilata dəstək olsunlar».

Politoloq A.Abbasov və digərlərinin yeni diaspor təşkilatının yaradılmasına mane ola biləcəklərini düşünmür: «Onlar nə edə bilərlər ki? Bu şəxslər bu işə mane ola bilməyəcəklər. Uzaqbaşı alternativ təşkilat yaratmağa çalışacaqlar. Bəlkə də qeydiyyata mane olmaq istəyəcəklər. Amma bu, yüksək dövlət səviyyəsində razılaşdırılmış bir işdir. Ona görə də, zənnimcə, onların yeni təşkilatın yaradılmasının qarşısını almağa gücü çatmayacaq".

Bir sıra şəxslərin güclü Azərbaycan diaspor təşkilatının yaradılmasına maneçilik törətməsinə nə səbəbə mane olmasına gəldikdə, Q.Hüseynli bunları bildirdi: «Abbas Abbasov, Söyün Sadıqov kimi adamlar Rusiyanın əlaltılarıdır. Bunlar belə hesab edirlər ki, Rusiyadakı diasporu təşkilatımız iqtidarın təsirində olan təşkilatdır. Əslində xaricdəki diaspor təşkilatları elə iqtidar tərəfindən yönləndirilməlidir. Amma istənilən halda, biz Rusiyada siyası lobbiçilik hərəkatının formalaşmasına var gücümüzü qoymalıyıq. Ermənilərin lobbiçilik siyasəti sayəsində onlar Rusiya ictimai rəyində bizi udurlar. O mənada biz də siyasi rəyi formalaşdırmaq üçün öz təşkilatımızı yaratmalıyıq».