vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
12:48 | 5 fevral 2014 | Çərşənbə Məqaləyə 2817 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Əliyev Soçiyə gedir

12-ci Qış Olimpiadasının açılışı olacaq

Xaqani SƏFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyev Soçidə keçiriləcək Qış Olimpiadasında iştirak edəcək. Modern.az saytı xəbər verir ki, bu barədə Rusiyadakı səfirimiz Polad Bülbüloğlu «Veçernaya Moskva» qəzetinə verdiyi müsahibədə bildirib.

«Hazırda Soçi Olimpiadasının açılışı üçün bizim prezident İlham Əliyev gəlməyə hazırlaşır. Bununla əlaqədar çoxsaylı protokol görüşləri və tədbirlər gözlənilir» - deyə P.Bülübüloğlu bildirib. Onun sözlərinə görə, hazırda dövlət başçısının səfəri çərçivəsində keçiriləcək görüşlərlə bağlı qrafik hazırlanır. 

Azərbaycan Soçidə  keçiriləcək XXII Qış Olimpiya Oyunlarında 5 idmançı ilə təmsil olunacaq.

Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti (Rusiya) və xizəkçilər Patrik Brahner (Avstriya), Sedrik Notz (İsveçrə) və Qaya Bassani Antivaridir (İtaliya).

Fevralın 7-də başlayacaq Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.