vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TÜRK DÜNYASI  
19:31 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 1915 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baxçalı Ərdoğanı hədələdi

«O, Türkiyədən qaçmasa evinin qarşısında hər gün «Türkün andı»nı oxutduracam»; antikorrupsiya əməliyyatından 2 ay ötdü

Aygün MURADXANLI, musavat.com

MÖVZU İLƏ ƏLAQƏLİ

«Cənab Allah nəsib edərsə MHP-nin iqtidarında Rəcəb Tayyib Ərdoğan əgər Türkiyədən qaçmayıb ölkədə qalsa, evinin girişinə «Nə mutlu Türküm deyənə» yazdıracağam. Məhəllədə nə qədər cocuq varsa, hamısı onun qapısının önündə Türkün Andını oxuyacaq». Bu sözləri Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli Muğlada partiyanın bələdiyyə başqanlığına namizədlərinin tanıtım mitinqində deyib.

MHP lider deyib ki, 30 mart seçkiləri partiya üçün çox önəmlidir: «Ümid edirəm ki, 2015-ci ildə Türkiyədə ciddi dəyişikliklər yaşanacaq, ölkədə yeni idarəetmə tətbiq olunacaq, bu gün qarşı-qarşıya qaldığımız xarici və daxili problemlərin çözümünə imkan verən yeni ruh, yen anlayış ortaya çıxacaq. Bu səbəbdən qarşımızdakı seçkilərdə uğur qazanmaq bizim üçün çox önəmlidir».

Devlet Bahçeli hakimiyyəti seçkiləri azad və ədalətli keçirməyə çağırıb: «Seçimlər demokratiya tələblərinə uyğun keçirilməli, milli iradəyə sayğı əsas şərt olmalıdır. Bu səbəbdən Mərkəzi Seçki Quruma başda olmaqla digər seçki strukturlarının üzərinə məsuliyyətli bir iş düşür. Hər kəs bu seçkilərə son dərəcə həssaslıqla yanaşmalıdır. Çünki bu dəfəki seçki prosesi ölkə yönətiminə yeni bir siyasi anlayış gətirilməsi üçün böyük fürsət və imkan olacaq».

MHP lideri PKK-nın seçim öncəsi aktivləşməsinə, BDP-lilərin muxtariyyət haqqında iddialarına da münasibət bildirib: «Türkiyənin bölünməsi kimsəyə fayda gətirməz. Min illik qardaşlığımızın pozulmasl kimsəyə fayda verməz. Dörd hissəyə bölünən Kürdüstan və Orta Doğuda qəbul edilə bilər, nə də hər hansı beynəlxalq dəstək ala bilər. Bu ölkələri rahatsız edən, təhdid edən,  o ölkələrin imkanlarını qullanan o ölkələrin nefti ilə zənginləşmək istəyən imperialist güclərdir. Bu, artıq hər kəsə aydındır».

Bahçeli çıxışında AKP lideri Rəcəb Tayyib Ərdoğanı da unutmayıb: «Baş nazir çılğınlaşıb, nə edəcəyinin şaşırıb. İllərlə topladığı güc onu artıq yoldan çıxarıb. İndi «məndən başqa Türkiyədə kimsə yoxdur», «hər şey mənəm» ədaları ilə danışır. O, diktatorluğa aparan bir yoldadır. Bu, böyük fəlakətdir. Ərəb dünyasına baxın, son illər özünü diktator elan edənlər hakimiyyətdən uzaqlaşdırıldı, hətta bəziləri həyatını itirdi. Demək bu yolun axırı millət üçün, dövlət üçün təhlükə, ölkə üçün fəlakətin başlamasıdır. Mən bütün vətəndaşlarımızı bu gün ölkədə baş verənlərə seyrçi qalmamağa çağırıram».

Baş nazir Rəcəb Tayyib Ərdoğan isə fevralın 17-də İstanbulda çoxları üçün gözlənilməz bir çıxış edib. Təhsil Nazirliyinin həyata keçirdiyi «Fateh» layihəsi ilə bağlı törəndə çıxış edən baş nazir salondakı gənclərə xitabında «sizlər Qazi Mustafa Kamalın ölkəni əmanət etdiyi istiqbalımız olan övladlarımızsınız» cümləsini işlədib.

Yada salaq ki, müxalifət bir neçə ildir hakim AKP-ni Atatürk ideyalarına xəyanətdə ittiham edir. 2013-cü ildə orta məktəblərdə «Türkün andı»nın ləğvi, türklük ifadə edən şagird məktəb geyimlərinin sərbəst qiyafətlə əvəz edilməsi, bir sıra hökumət idarələrinin adındakı «Türkiye Cümhuriyyeti» sözlərinin götürülməsi çox ciddi etirazlara səbəb olmuşdu. 2013-cü ilin noyabrında İraq kürdlərinin lideri Məsud Bərzaninin Diyarbəkir səfəri öncəsi Atatürkün «Nə mutlu türküm deyənə» sözləri həkk olunan beton divarın sökülməsi isə bütün türk dünyasında ciddi etirazlara səbəb olmuşdu.

Ötən gün Türkiyədə hakimiyyətin siyasətinə etiraz edənlərə türk şahinlər də qoşulub. 74 hərbi pilot məcburi xidmət müddətlərinin uzadılması ilə bağlı qərara etiraz edərək istefa verdiklərini açıqlayıb. Qeyd edək ki, bu son dönəmlərdə hakimiyyətlə ordu arasında kütləvi istefalarla müşayiət olunun ikinci krizdir. Bir neçə ay öncə analoji aksiya Türk Hərbi Donanmasında yaşanmışdı.

Türk hərbi pilotlar havaya qalxmaqdan imtina etsələr də ötən gün Türkiyə səmaları çoxdan görmədiyi TC-RZA adlı Challenger-300 uçağı ilə yenidən görüşüb. 17 dekabr Böyük Rüşvət əməliyyatında həbs edilən iş adamı Rza Zərrabın uçağı fevralın 16-na keçən gecə İstanbul Atatürk Hava Limanından Moskvaya uçub. Bu haqda «Hürriyət» xəbər verir. 17 dekabrda yaşananlardan sora ilk dəfə havaya qalxan Challenger-300 uçağı Moskvanın Domodedovo Hava Limanına enəndən bir neçə saat sonra Sevastopola uçub. Təyyarə fevralın 17-də yenidən İstanbul Atatürk Hava Limanına qayıdıb. Uçağın hansı məqsədlə səfər etdiyi ilə bağlı heç bir bilgi yoxdur.

Bu, 17 dekabr Böyük Rüşvət əməliyyatından sonra Rza Zərrabın bütün daşınar və daşınmaz əmlakına həbs qoyulmuşdu. Bu ilin yanvarında isə Rza Zərrabın məhkəmənin həmin qərarı ləğv edilib.

Royal Holdingə bağlı Are Havacılık şirkətində qeydiyyatda olan təyyarə 2009-cu ildə Kanadanın «Bombardier» şirkətində istehsal olunub. İstehsaldan dərhal sonra uçağı ABŞ-ın hava taksiçiliyi firması alıb. Rza Zərrab həmin hava gəmisini 2012-ci ilin sentyabrında 16 milyon dollara alaraq Türkiyəyə gətirib.

5 min 741 kilometr mənzilli təyyarə 8 nəfərlikdir. Peyk telefonlarına sahib uçağın salonunun hündürlüyü 1,85 m-dir. Bu təyyarə İstanbuldan havaya qalxandan sonra Qərbdə İslandiyaya, Şərqdə Hindistana qədər uça bilir. 13 min 716 metr yüksəkliyə qalxa bilən «Challenger»in ən yüksək sürət həddi saatda 870 kilometrdir.

Həbsindən bir qədər öncə Rza Zərrab Are Havacılık’ı şirkətini daha da genişləndirməyi, 2015-ci ilə qədər daha 3 uçaq almağı planlaşdırırdı.

Xatırladaq ki, fevralın 17-də Türkiyədə keçirilən səs-küylü antikorrupsiya əməliyyatından 2 ay ötdü.