vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
11:43 | 16 avqust 2018 | Cümə axşamı Məqaləyə 2170 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atatürk necə prezident seçildi?

Türkiyə Cümhuriyyətinin yarandığı dövrdəki təlatümlərə qısa baxış…

“Qərbi Kaspi Universteti”nin “Tətbiqi Politologiya Mərkəzi”nin tarixçilər qrupu

MÖVZU İLƏ ƏLAQƏLİ

Siyasətin təməl dayağı seçkilərdir. Hər seçki dövləti yönəldəcək şəxsləri seçər, onları ən böyük xidmətə layiq bilirlər. Bunlara isə zəmin hazırlamaq tarixdə yalnız seçilmiş insanlara nəsib olur. Kimin bu gün nə deməsindən asılı olmayaraq şübhəsiz ki Qazi Mustafa Kamalın adı tarixə Türkiyə Cümhuriyyətinin qurucusu kimi düşüb.

Cümhuriyyətin qurulduqdan bəri təlatümlü mərhələlərlə dolu böyük yol keçmişdir. Bu böyük dövrün əsası isə 28 oktyabr 1923-cü ildə yenə bir süfrə başında olarkən verdiyi bir xəbərlə başlar. “Bəylər hazırlaşın, sabah Cümhuriyyəti qururuq”. Bununla da artıq dövlət sisteminin ən təpəsində hər seçkidə Türkiyəyə böyük bir problemlər yaradacaq bir vəzifə vardı – Cümhurbaşqanlığı (Prezident).Bu günə qədər bilindiyi kimi bu vəzifəyə 12 şəxs oturub.

Bu gün açacağımız söhbətin mövzusu isə ölkənin 1-ci rəhbəri Mustafa Kamalın bu vəzifəyə necə gəlməsi ilə bağlıdır.

Hər nə qədər hər kəs onun bu vəzifəyə rahat sahib olduğunu düşünsə də bu heçdə belə deyir. Atatürkün prezidentliyə gəlişi də ağrılı siyasi hadisələrə şahid olub. Türkiyə İstiqlal Savaşında qalib gəldikdən sonra ölkənin dövlət idarəçiliyi ilə bağlı qeyri-müəyyən bir vəziyyət yaranmışdı. Bir tərəfdə Osmanlıdan miras qalmış Xəlifə, digər tərəfdən İstiqlal mücahidlərinin yaratdığı Türkiyə Böyük Millət Məclisi və onun qarşısında məsul olan hökumət.

Mustafa Kamal paşa və dava yoldaşlarının böyük əzablarla açdırdığı məclis həmin dövrdə Türkiyədə çox böyük səlahiyyətlərin sahibi idi. Qanunverici qərarlar almaqda sərbəst olmaqla bərabər eyni zamanda icraedici hakimiyyət olan hökumətdə yenə məclisdə təşkil olunur və məclisin qərarları ilə idarə olunurdu. Məclisdə üstünlük Atatürkün tərəfdarlarının əlində olsa da əleyhdarları da heç azlıq təşkil etmirdi. Buna görə də savaşa rəhbərlik etmiş Kamal paşa hər nə qədər hökumətin rəhbəri və Məclisin sədri olsa da, hər iki qurumun idarəsi məclisin əlində idi.

Məclisin iclasları isə həmin dövrdə çox gərgin keçirdi. Çünki ilk hökumətin möhkəm təməllər üzərində qurulmamasına baxmayaraq ona qarşıda güclü və amansız bir müxalifət fəaliyyət göstərirdi. Baxmayaraq ki, müxalifət özü də dağınıq fəaliyyət göstərirdi. Ancaq Atatürkün tərəfdarları bu vəziyyətdən heçdə xoş deyildi. Onlar Baş Komandana siyasətin üstündə fövqəladə bir səlahiyyətin verilməsini isdəyirdilər. Buna qarşı çıxanlarda kifayət qədər çox idi. Xüsusilə də TBMM içində. Müxalifəti gücləndirən 20 yanvar 1921-ci ildə qəbul edilmiş Konstitusiyasındakı idarəçiliklə bağlı maddələr idi. Bu maddələr dövlət idarəçiliyi normal şəkildə göstərilməmiş, dağınıq və anlaşılmaz idarəçilik metodu tətbiq edilmişdi.

Adətən yeni rejimdə ölkənin rəhbərinin kim olduğu bilinmirdi. İdarəçiliklə bağlı bilinən ən böyük güc isə məclisin əlində idi. Bu isə Məclisdə sərt müxalifətin yaranmasına səbəb olur. 1921-1923-cü illərdə İstiqlal Savaşı zamanında Cümhuriyyətin elanına qədər fəaliyyət göstərən Məclis 2 qrupa bölünmüşdü. Atatürkün rəhbərlik etdiyi hökuməti müdafiə edən Birinci Qrup və ona müxalif olan İkinci Qrup. İkinci Qrup 1923-cü ildə keçirilən parlament seçiklərində iştirakdan imtina edir. Lakin yenə də Məclis gözlənildiyi kimi müxalifətsiz qalmır. Bu dövrdə Məclis tərəfindən Orduya rəhbərliyi daha da gücləndirmək üçün Məclisin nəzarəti altında bir Baş Komandan vəzifəsinin yaradılması və bu vəzifəyə Mustafa Kamalın seçilməsi olur. Yeni Baş Komandanın ölkədə fövqəladə vəziyyətin elan edilməsi barədə təklifi isə Parlamentdəki müxalifəti gün üzünə çıxarır. Çünki Fövqəladə vəziyyət rejimi müvəqqəti olaraq nəzərdə tutulmuş Baş Komandan vəzifəsinin və təbii olaraq da Atatürkün hakimiyyətini uzadırıdı. Bu məclis isə öz gücünü kimsə ilə paylaşmaq niyyətində deyildi.

Savaş qalibiyyətlə başa vurulduqdan sonra Xalidə Edib Mustafa Kamala: “Savaş bitdi. Artıq bir az dincələriz, Paşam” demişdi. Mustafa Kamalın ona cavabı isə sanki Türkiyənin tarixini əvvəlcədən bilirmiş kimiydi“. “Nə dincəlmək?. Yunanla savaş bitdi, indi bir-birimizlə savaşacağıq”. Missaqi Milliyə uyğun olmayaraq Mosulsuz bir Türkiyənin Lozanda müzakirəsi Mustafa Kamal paşaya və İsmət paşaya qarşı Məclisdə bəzi deputatların sərt müxalifətinə səbəb olur. Bu ərəfədə skandal bir hadisə yaşanır. 27 mart 1923-cü ildə Müxalifətin liderlərin biri olan Trabzonun deputatı Əli Şükrü bəy qəflətən yoxa çıxır və 2 aprel günü öldürülmüş halda cəsədi aşkar edilir. Deputatın siyasi fəaliyyəti səbəbi ilə öldürüldüyü ortada idi. Bu cinayətin qatilinin isə Mustafa Kamalın mühafizəçisi Topal Osmanın olduğunun ortaya çıxması isə Türkiyədə bəlkə də ilk hökumət krizinə səbəb oldu.

Parlamentdəki müxalifəti ilə kifayətlənməyən anti-kamalçılar hətta Atatürkü öldürmək kimi planlarda qurmağa başlayırlar. Artıq müxalifətə qarşı sərt tədbirlər görməyin vaxtı gəlib çatmışdı. Qəbul edilən bir neçə qərarın içində ən sərti isə Səltənətin ləğv olunmasını tənqid edənlərin və ölkədə yenidən monarxiyanın bərpa olunmasını təklif edənlərin işinə vətən xainlərin mühakimə edildiyi İstiqlal Məhkəməsində baxılması barədə verilmiş qərar idi. Artıq Birinci Qrup xaricində siyasət etmək hardasa imkansızdı. Buna görə də müxalifət 1923-cü ildəki seçkiləri boykot edir.1922-ci ildə Sultanlıq ləğv edildikdən və Lozan müqaviləsi imzalandıqda sonra Mustafa Kamalın tək adamlıq rejiminə gedəcəyində adətən hər kəs həmfikir idi.

29 oktyabr 1923-cü ildə elan olunmuş Cümhuriyyətlə birlikdə ölkənin idaretməsi də artıq konkretlik qazanırdı. Cümhuriyyətin başında duracaq vəzifə müəyyənləşmişdi. Rəisi-Cümhur, ya da müasir adı ilə Cümhurbaşqanı, yəni bildiyimiz Prezident. Prezident 4 il müddətinə seçiləcəkdi və Məclisin millət vəkillərindən biri olmalı idi. Prezidenti Məclis seçirdi və 1 nəfər istədiyi qədər bu vəzifəyə ard-arda seçilə bilərdi. Yeni vəzifə üçün hər kəsin layiq gördüyü yalnız bir namizəd vardı. Mustafa Kamal paşa. Parlamentdəki 334 deputatdan 158 nəfəri Mustafa Kamala səs verir. Maraqlıdır ki, Atatürkün tək namizəd olaraq qatıldığı seçimdə 1 səsdə İsmət paşaya verilmişdi. İsmət paşaya verilən 1 səsin sahibi isə Mustafa Kamal paşanın özü idi.

Atatürkün həmin zaman öz səsini İsmət paşaya verməsi əslində siyasi bir mesaj idi. Məsələ aydın idi. Atatürk özündən sonra dövlətin başında İnönünü görmək isdəyirdi. Ancaq burda çox kritik və diqqətə alınacaq bir məsələ var ki, səsvermədə deputatların yarısından çoxu, 176 nəfəri nə Cümhuriyyətin elanında, nə də prezident seçkilərində iştirak etməmişdi. Maraqlıdır ki, Cümhuriyyətin elanına 158 millət vəkili səs verdiyi halda Lozan müqaviləsinin təsdiqinə 220 millət vəkili səs vermişdi. Təbi ki, güclü dəstəyi olan bu müxalifət bu hadisələrə səssiz qalmadı.

Bu hadisələrə sərt üzünü göstərən müxaliflər başda İstiqlal Savaşın əfsanəvi şəxsləri olan Kazım Qarabəkir paşa, Əli Fuad Cəbəsoy, Refet Bele, Rauf Orbay və Adnan Adıvarın rəhbərlik etdiyi müxalifət Tərəqqipərvər Cümhuriyyət Firqəsi adlı ilk müxalifət partiyasının təməlini qoyacaqdılar. Cümhuriyyətin ilk iqtidarı Şeyx Səid üsyanını sərt şəkildə basırdıqdan sonra müxalifətə də sərt üzünü göstərəcəkdi. Artıq ölkənin tək partiya rejimi ilə idarə olunacağı ortada idi. Əslində etiraf etməkdə fayda var, Cümhuriyyətin varlığını sürdürməsi üçün belə sərt bir rejimə ehtiyacda vardı. Bunda hətta müxaliflər belə həmfikir idi. Müxalifətə sıra 1926-cı ildəki İzmir sui-qəsdi ilə bağlı edilən mühakimədə başlandı. Prezidentə qarşı edilən sui-qəsddən sonra müxalifətin tamamı yox edilmişdi. Ancaq ilk illərdə alınan bu sərt tədbirlərdən sonra 1930-cu illərdə Mustafa Kamal paşa öz rejimin diktatorluq olduğunu bildirərək siyasətin canlandırılmasını arzu edəcəkdi.

Bu dövrdə Türkiyənin belə rejimlə idarə olunması əslində dövrünə görə normal idi. Çünki həmin dövrdə onunla dost və ya düşmən münasibətində olan bütün ölkələrdə sərtlik yanlısı rejimlər iqtidarda idi. Almaniyada nasistlər, İtaliyada Mussoloni, SSRİ-də kommunist rejimi, İngiltərədə isə müstəmləkə tərəfdarı olan mühafizəkar bir sistem və s. Dünyanı təhdid edən faşizm Türkiyənin də qapısını çalmadıq deyildi. Bütün baş verən hadisələrdən sonra bir daha heç vaxt Atatürkün prezident seçilməsinə qarşı ölkədə heç etiraz olmadı. Atatürkü vəfat etdiyi 1938-ci ilə qədər TBMM-i 1927,1931 və 1935-ci illərdə 3 dəfə daha prezident seçdi. MƏNBƏ: TBMM və TC Cümhurbaşqanlığı rəsmi səhifələri, Mustafa Kamal Atatürkün tərcümeyi-halı, TC Cümhurbaşqanlığının seçilmə tarixləri ilə bağlı məqalələr, CHP və TCF haqqında məlumatları haqqında məqalələr və Rəisi-Cümhur və Cümhuriyyət sənədli filmləri.