YAP-çı deputatdan etiraf
«Azərbaycanda korrupsiya da var, məmur özbaşınalığı da»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Növbədənkənar seçki ola bilərmi?
İqtidar və müxalifət eyni fikirdədir
-
“Sənin hansı simana inanaq?”
YAP-dan Əli İnsanova sərt reaksiya
-
Baş nazirin müavini Türkiyəyə gedir
Əli Əhmədov qurultaya qatılacaq
-
«Mənim ailəmə qarşı təhqir olmayıb və ola da bilməz»
Elçibəyin oğlundan Siyavuş Novruzova cavab
-
O, qapılarını Heydər Əliyevin üzünə açdı
Fədakar addımı 25 il keçsə də unudulmayan insan haqqında əhvalat
-
«Bu il də sürətli inkişaf ili olacaq»
İlham Əliyev: «2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyata keçib»
-
«Heç kim bizi zorla hər hansı təşkilatda saxlaya bilməz»
İlham Əliyev Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı haqda
-
YAP-da dəyişikliklər başladı
Partiya prezident seçkisinə hazırlıq işlərinə start verdi
-
«Ciddi struktur islahatları gözlənilir»
Siyavuş Novruzov: «Bu cür hərəkətlərin cavabını Ermənistan çox qısa zamanda alacaq»
-
«5-10 adam gələcək»
YAP-dan Milli Şuranın mitinqinə münasibət
-
«Səhhətimdə ciddi problem yoxdur»
Siyavuş Novruzov: «Məzuniyyətimi səmərəli keçirmək qərarına gəldim»
-
«Alver mənbəyinə çevrilib»
Siyavuş Novruzov: «Bəzi imkanlı şəxslər siyasi partiyaları pulla alır»
-
«Müxalifət «qış yuxusu»na gedib»
«Verilən pulları bölüşdürəndən sonra...»
-
«Başucalığı gətirmir»
Baş nazirin müavini də Minsk qrupunu «vurdu»
-
Akademikin yerinə bələdiyyə sədri...
Cəlal Əliyevi kim əvəzləyəcək?
-
YAP-ın seçki siyahısı
Rektorlardan Aqiyə Naxçıvanlı, Əhliman Əmiraslanov, Səməd Seyidov, Ağacan Abiyev yenidən seçkiyə qatılır
«Azərbaycanın inkişafını görmək istəməyən müəyyən qüvvələr var. Hansısa ölkədə demokratik dəyərlərin formalaşmasında müəyyən problemlər yarana bilər. Azərbaycan 70 il totalitar bir rejimin tərkibində olub. Əhalinin yarısı hələ o dövrdə təhsil alıb, formalaşıb, həmin dövrün düşüncəsi ilə yaşayırlar. 22 ildir müstəqil dövlətik. Bu müddətdə Azərbaycanın hansısa Avropa ölkəsi kimi demokratik olması mümkün deyil».
Bunu modern.az-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, ölkədə demokratik institutların formalaşmasında müəyyən problemlər ola bilər: «Bu, bütün ölkələrdə olur. Özlərini «demokratiyanın beşiyi» adlandıranlar əvvəlcə zalımı durdurmalıdırlar. Bir ölkə üçün demokratiyanın zəifliyi eyib deyil, amma bir ölkənin işğalçı kimi tanınması biabırçılıqdır. «Təcavüzkar», «işğalçı» adlanan ölkələrlə mübarizə aparılmalıdır. Kim güclüdürsə, zəifi zəbt etməməlidir. Bu gün Suriyada Bəşər Əsədin xalqına tutduğu divanın qarşısı alınmalıdır. Amma bunu etmirlər. Bəzən bu məsələlər maraqlara xidmət edir. Həmin dövlətlər Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinə də laqeyd yanaşırlar.
Ölkəmizi sevməyən qüvvələr belə məlumatlar yayırlar. Azərbaycanı Ukrayna ilə eyniləşdirmək olmaz. Ölkədə irəliyə doğru addımlar atılır. Təbii ki, ölkəmiz ideal deyil, müəyyən problemlər var. Azərbaycanda korrupsiya da, məmur özbaşınalığı da var. Bu, Avropa ölkələrində də mövcuddur. Dəfələrlə prezident İlham Əliyev də bunu qeyd edib. Hazırda korrupsiyaya qarşı mübarizə aparılır. Demokratik institutların fəaliyyətinin gücləndirilməsi ilə bağlı işlər görülür. Yəni, ölkədə siyasi iradə mövcuddur, əminəm ki, bütün problemlər həll ediləcək».