Qalanlarla yaşaya bilərik...
Şəhid övladları haqqında qərara yenidən baxılması zərurəti yaranıb
Vüsalə MƏMMƏDOVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şəhidimiz var!
Əsgərimiz Cabbar Zeynalov sabah Saatlıda torpağa tapşırılacaq
-
Cənnətdə görüş...
... Yaxud ruhu 23 il əvvəl köçən cismin dəfni
-
Şəhid atasının verdiyi təskinlik...
... və ya şirin Naxçıvan ləhcəsində yazılan acı həqiqətlər
-
Ordumuz daha bir şəhid verdi
Yaralı əsgər Əhmədovu xilas etmək mümkün olmayıb
-
Şəhidimiz torpağa tapşırıldı
Fikrət Bəşirov Astarada dəfn edilib
-
Şəhidimiz var
İgid Bəşirov namərd gülləsinə tuş gəlib
-
Ağdamın damları atəşə tutuldu
Əvvəlki günlərə baxanda səngimə var
-
«Türkiyə Azərbaycanın yanındadır»
«Bunu qoy dost-düşmən hər kəs bilsin»
-
7 ayda 68 hərbçimizi itirmişik
15 mulki şəxs isə düşmən gülləsindən yaralanıb
-
«Əsgərlərimizə arxayınıq»
«Səhər 5-dən 6-ya qədər güclü atışma oldu»
-
«Mən onu dama basdıracağam»
Şəhidin yasında icra başçısının müavini ilə molla arasında mübahisə yaranıb
-
Qapanlını tərk edən olmayıb
«Həyat həmişəki axarıyla davam edir»
-
İtkimiz 13 oldu
Yaralı əsgər hospitalda dünyasını dəğyişib
-
Günəş çıxdı, düşmən susdu
Çıraqlı, Hacıməmmədli, Sarıcalı, Güllücə sakinləri səhəri diri açıb
-
Düşmənin vampir davranışı
Dünən gecədən daha da vəhşiləşən ermənilər gün çıxan kimi susdular
-
«Düşmən tərəfi 71 itki verib»
General Rövşən Əkbərovdan sensasion məlumat: «Ermənilərin 6-7 postu məhv edilib»
Yaşadığımız coğrafiya talemizdir və heç birimiz bu taledən qaça bilmərik. Nə qədər sülh istəsək də, nə qədər müharibəyə nifrət etsək də tarix göstərir ki, yaşamaq üçün yeganə yolumuz müdafiə olunmaqdır.
Mən də müharibəyə nifrət edirəm. Yer üzündə kimsənin güllə səsi eşitməsini arzulamıram. Ancaq bir müharibə adamı kimi arzu limitimi də doldurduğumun fərqindəyəm… Hələ uşaqlıqdan o qədər sağ qalmağı arzulamışam ki… Artıq dərin kədər hissi ilə qəbul edirəm ki, döyüş alnımıza yazılıb və bu bir sevgilik ömrü müharibə şəraitində yaşayacağıq…
Ötən günlərdə baş verənləri izləyir, hər kəsin yazdığını oxumağa çalışıram. Hamımız şəhidlərimiz üçün üzülürük. Əksəriyyət səmimiyyətlə onların övladlarına necəsə dəstək olmağa çalışır, orduda döyüşmək üçün müraciət edir və s. Yəni, hər kəs bacardığı qədər dəstək olmağa çalışır.
İllərdir müharibə mövzusunu işləyən bir jurnalist kimi sabah gündəm dəyişəndə mövzunun da dəyişəcəyini yaxşı bilirəm. Xahiş edirəm, inciməyin. Amma bu həqiqətdir. Belə olacağını hamımız bilirik. Nə qədər ki, həmrəyik, bir mövzuda da dəstəyinizi rica edəcəyəm.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Amma unutmayaq, bu torpağı müqəddəsləşdirən təkcə şəhid qanı deyil, hər bir qazi də onlar qədər dəyərlidir!
Böyüklərimiz deyib ki, ölənlə ölünmür. Ancaq qalanlarla yaşaya bilərik axı…
Ölkəmizdə şəhid, itkin və qazi övladları təhsil haqqından azaddırlar. Bəs qazilər özləri? Onlar niyə təhsil haqqı ödəməlidirlər? İndi ki, bu savaş hələ çox davam edəcək, nə qədər ki, Qarabağ uğrunda Qarabağı görməyən oğullar şəhid olacaq, bu (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında) qərarın yenidən gözdən keçirilməsinə ehtiyac olduğunu düşünürəm. Dostluğumda olan ziyalıları, millət vəkillərini, jurnalistləri bu məsələni gündəmə gətirmələrini xahiş edirəm.
Rica edirəm, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı xəsarət alan şəxslərin də təhsil haqqından azad edilməsi təmin edilsin. Sabah o gənclərə “hərbi xidmətini yerinə yetirərkən yaralanmısan” deyilməsin...
Zəruri qeyd: Universitetə müraciət edəndə güzəştə gedirlər. Ancaq qanını bu torpağa qatan biri niyə xahiş eləməlidir? Aprel döyüşlərində yaralanan bir tələbə məzun olsa da, sonuncu kursun ödənişini etmədiyi üçün diplomunu ala bilmir. Əvvəlki ilin təhsil haqqını universitet ödəmişdi. İndi universitetə yenidən müraciət etmişik, cavab gözləyirik. Ödəməyəcəkləri təqdirdə bir hesab açıb o vəsaiti toplamağı düşünürəm. Amma hələ ki, universitetdən cavab gözləyirəm...