vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
QALMAQAL  
14:06 | 4 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 2000 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputatdan MTN-ə müraciət

Oqtay Əsədov: «Müraciət edibsiniz, öz işinizdir; məsələni parlamentə çıxartmağa ehtiyac yox idi»

E.PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin iclasında çıxış edən deputat Qənirə Paşayeva onu nurçuluqla əlaqələndirənlərə sərt mesajlar verdi. O, dedi ki, bəzi qüvvələr mətbuatdan çirkin məqsədləri üçün istifadə edirlər.

«Bu gün söz və mətbuat azadlığından kimlərsə istifadə edərək dövlətə, dövlətçiliyə xidmət edən insanlara qarşı böhtan kampaniyasını aparmağa nail olurlar. Mən şəxsən Xocalı soyqırımı tədbirlərində iştirak etdiyim zaman özümə qarşı olan bu kampaniyalarla bağlı bu gün ölkənin Milli Təhlükəsizlik Nazirliyinə müraciət göndərmişəm. Müraciətdə də vurğulamışam ki, mən heç kimdən qorxmuram, çəkinmirəm və bütün fəaliyyətimin araşdırılmasına da hazıram. Amma mən kiminsə xoşuna gəlmirəmsə deyə, hansısa mətbuat orqanlarını arxasına alıb bu kampaniyanı aparanların xalqın önünə çıxarılmasını istəyirəm. Çünki bu kampaniyalar bu gün mənə, sabah başqasına qarşı ola bilər. Hər tədbirində Heydər Əliyevdən, Türkiyədə Atatürkdən sitatlar gətirən, həyatında bir dəfə də Nursidən sitatlar gətirməyən insana «Sən niyə türk məktəblərinə dəstək veribsən» deyə nurçuluqda ittiham edən, sanki hansısa bir kölgəli işlərlə məşğul olan millət vəkilinə çamur atanların ciddi bir hesabat verməsi gərəkir. Digər millət vəkilləri özləri bilərlər. Amma mən öz adımdan müraciət etmişəm». Q.Paşayeva onu hədəfə alanlara səsləndi: «Nə etməliydik? Suriyada uşaqlarımızı döyüşlərə səsləndirənlərinmi yanında olmalıydıq? Yoxsa o güclərimi dəstəkləməliydik ki, uşaqlarımıza yaxşı təhsil versin? Mən Çağ Öyrətim Şirkətinin, Turan Yazqan Hocanın okulları, ya bütün Anadolu okullarının hamısının fəaliyyətini dəstəkləmişəm ki, uşaqlarımız yaxşı təhsil alsınlar. Mən bütün o gözəl məktəblərin yanında olmuşam. Suriyada uşaqlarımızı döyüşə səsləyənlərinmi yanında olmalıydım? Bu parlamentdə onların haqqında danışan kimi başlayıblar üzərimizə düşməyə. Bu gün mənə olan bu məsələlər sabah başqalarına qarşı da olacaq. Onlara qarşı mübarizəni gücləndirməliyik». 

Spiker O.Əsədov isə «müraciət edibsiniz, öz işinizdir. Amma bu məsələni parlamentə çıxartmağa ehtiyac yox idi», dedi.