«O cür dəhşətli gözləri ömrüm boyu görməmişəm»
«Xocalı şahidləri danışır» kitabının təqdimatı keçirilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
“Yalan və saxtadır!”
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
-
Əli Həsənov üçün xüsusi tarix - 10 MART
Prezidentin köməkçisi 59 yaşını tamamladı
-
İstanbulda virtual müharibə
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Prezidentin köməkçisindən çağırış
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
-
“Son 15 il tarixi uğurlarla yadda qalıb”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
-
Tarixin ən vacib mərhələsində siyasət meydanına çıxan şəxsiyyət
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
-
“Dini etiqad hər kəsin şəxsi işidir”
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
-
“Özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış...”
Prezidentin köməkçisindən sərt sözlər
-
“Azərbaycanda heç kimin qəlbində dini ayrı-seçkilik yoxdur”
Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı”
-
““Söyüş kampaniyasının” səmərəsizliyi onların yuxusunu ərşə çəkib”
Əli Həsənov: “Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur”
-
«Onların yanında olanda özümü çox güclü hesab edirəm»
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
-
«25 illik müxalifət yenə də öz ampluasındadır»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
-
«1 həftəyə Qarabağı ...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
Bu gün ideya müəllifi prezidentin ictimai–siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olan «Xocalı şahidləri danışır» kitabının təqdimatı keçirilib.
«Qafqazinfo» xəbər verir ki, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırım cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə olan kitab həmin faciəyə şahidlik etmiş xocalıların acı xatirələrindən ibarət materialların toplusudur. Kitabın redaktoru Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə «Azərbaycan» qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab professor Əli Həsənovun «Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması» adlı məqaləsi ilə başlayır. Indiyə qədər Xocalı soyqırımı ilə bağlı yazılan kitablardan fərqli olaraq ilk dəfə faktlar ancaq şahidlərin acı xatirələrindən ibarətdir.
Təqdimat mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, hər yeni kitab adətən sevindirir, fərəhləndir, lakin bu kitab sevindirmir, ürək açmır, əksinə kədərləndirir: «Bu, bizim tariximizdir və belə kitablara çox ehtiyacımız var.
Xocalı faciəsi ilə bağlı bu kitabın içərisindəki bir yalan və bir etirafı səsləndirmək istəyirəm. Bu faciənin necə böyük bir dərd olduğunu mən 1992-ci ilin martında ən yaxın məsafədən görmüşəm. O zaman «Amerikanın səsi» radiosunun Azərbaycan redaksiyasının müdiri Həsən Cəvadi Bakıya gəlmişdi və çox istədi ki, Xocalıdan qurtulan insanlarla görüşsün. Respublika xəstəxanasında belə insanlardan biri ilə görüşdük. Çarpayıda gənc bir qız uzanmışdı. Əlləri, ayaqları donmuşdu. Ona suallar verirdik, təsəlli vermək istəyirdik, amma onun gözlərinə donuq bir ifadə vardı. O ifadə nə qorxu idi, nə vahimə idi, nə təəccüb idi. İfadəsiz gözlər idi. Mən o cür dəhşətli gözləri ömrüm boyu görməmişəm və Xocalı faicəsini, insanlığa qarşı törədilən dəhşətlərin ən ağırını təsəvvürümə gətirərkən o gözlər həmişə fikrimdə canlanır və içimi böyük ağrı ilə doldurur.
Bu kitabın içərisində də böyük ağrılar, acılar var. O ağrı, acıların bir çoxunu mən bir neçə il öncə Hərbi Porkurorluqda soyqırıma həsr olunan muzey hazırlayarkən gördüm. Çünki prokurorluqda Xocalı faciəsindən salamat qurtulan bütün insanlarla görüş olub, cinayət işləri açılıb. Onların ifadələri audio, video lentə alınıb. Düşünürəm ki, o şahid ifadələri də gün gələcək ki, hüquqi sənəd kimi istifadə olunacaq. Amma bu kitabın səhifələrindəki şəhadətlər daha yandırıcıdır. Çünki bir jurnalist qələmindən çıxıb. İnanıram ki, Azərbaycan insanının içərisində də, rusca, ingiliscəyə çevrildikdən sonra isə digər millətin nümayəndələrinin içində də çox böyük təsir yaradacaq.
O kitabda Dürdanə Ağayeva adlı bir xanımın yalanı var. Dünyanın ən müqəddəs yalanlarından biridir. Xocalıdan ən gec çıxanlardan biridir, ən ağır işgəncə, zülmlərə məruz qalmış o qadın, nəhayət ki, dəyişdirilərək dönə bilir vətən torpağına. Həmyerlisi olan qadınlardan biri onu tanıyır və yüyürərək üstünə soruşur: «Mənim balamı gördünmü?». Dürdanə xanımın həmin on iki yaşlı uşağın taleyindən, son anlarından xəbəri vardı. Bir erməninin məzarı üstündə başı kəsilmişdi. Amma anaya bunu necə desin? Deyir görməmişəm. Şəhidlər haqda çox kitablar yazılıb və yazılacaq da. Lakin şəhidlər haqda yazılan kitabların ən dəhşətliləri şahidlərin dilindən yazılanlardır».
Millət vəkili Bahar Muradova çıxışında bildirib ki, insanlıq əleyhinə belə vandalizm aktlarını törədən bəzi varlıqlar bəlkə də özlərini günün və o hadisələrin qəhrəmanı hesab edirlər: «Amma zaman gələcək onlar bu hadisələrə görə məhz məhkum kimi cavab verəcəklər. Cinayətkar olduqlarına dair hökm onların üzlərinə oxunacaq. Təqdimatına toplaşdığımız bu kitabın hər səhifəsi, kitaba ön söz yazan professor Əli müəllimin bu böyük faciənin tarixi haqqında dediyi fikirlər, bu müsahibələri həmin günlərin şahidlərindən götürən bizim həmvətənlərimiz, o cümlədən bu müsahibədə iştirak edənlərin dilindən çıxan hər kəlimə həmin insanlar üçün ittiham aktının tərkib hissəsi olacaq. Biz bu sənədləri tarixin elə bir faktına çevirəcəyik ki, heç kim bunu inkar edə bilməyəcək».