«Bu, hər iki xalqın mənafelərinə uyğundur»
Oqtay Əsədov Azərbaycan-Rusiya əlaqələri haqda...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Spiker nazirə şikayətləndi
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Virtualaz.org Milli Məclisin mətbuat xidmətinə istinadən bildirir ki, O. Əsədov Azərbaycanın Rusiya Federasiyası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib.
Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. «Sevindirici haldır ki, iki ölkə parlamentləri arasındakı əlaqələrimiz də yüksək səviyyədədir. Bu gün münasibətlərimizin tarixində ilk dəfə olaraq Azərbaycan və Rusiyanın ali qanunvericilik orqanlarının müvafiq komitələrinin Bakıda ilk iclası keçirilir. Qonağın başçılıq etdiyi komitə ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə keçirilən iclasında müzakirə olunan məsələlər əlaqələrimizin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir. Heç də təsadüfi deyil ki, beynəlxalq təşkilatlarda da nümayəndə heyətlərimiz qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apararaq, vahid mövqe nümayiş etdirirlər», - deyə MM spikeri vurğulayıb.
O. Əsədov qeyd edib ki, Rusiya Federasiyası ilə iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrimiz də günbəgün inkişaf etməkdədir: «Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da dərinləşməsi üçün bütün imkanlar mövcuddur».
L. Kalaşnikov isə ölkəmizə səfərindən və Milli Məclisdə müvafiq komitələrin birgə iclasının yekunlarından məmnun qaldığını söyləyib. Bildirilib ki, Rusiya Azərbaycanla əlaqələrin dərinləşməsində, o cümlədən parlamentlər səviyyəsində münasibətlərin davamlı inkişafında maraqlıdır.
«Bu, hər iki xalqın mənafelərinə uyğundur. Biz gələcəkdə Milli Məclislə əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik. Nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda mütəmadi görüşlərini və prinsipial məsələlər üzrə aparılan fikir mübadilələrini təqdirəlayiq hesab edirik», - deyə o vurğulayıb.
Qəbulda tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak ediblər.